Robert Prosineçki: "Dedim ki, sevinin, amma çox yox"

08.10.2016 | 4486 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən millimiz Maksim Medvedevin yeganə qolu sayəsində rəqibini məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Robert Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 - Oyunun çətin keçəcəyini bilirdik. 90 dəqiqədən sonra xoşbəxtəm. Komandam mübarizə apardı. Əzmkar oyunla 3 xalı Bakıda saxladıq. Bizim üçün vacib oyun idi. Rəqib bizə imkan vermirdi ki, oyun göstərək. Çox çətin idi. Bunun müqabilində qələbə qazanmaq əla hissdi. Çox sevinməyə vaxt yoxdu. Çünki 3 gündən sonra daha bir vacib oyuna çıxacağıq. Sabah Çexiyaya yola düşəcəyik. Səfərdəki matçda da eyni futbolu göstərməli, əzmkar oyun sərgiləməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik.

- Bu qələbə Çexiya ilə oyunöncəsi komandada arxayınlıq yarada bilərmi?

- Oyundan sonra komanda ilə danışdım. Dedim ki, sevinin, amma çox yox. Çünki 3 gündən sonra Çexiya ilə oyundu. Həkimlərdən cavabları gözləyəcəm ki, oyunçuların vəziyyəti necədi? Çexiya ilə matçda bir neçə mövqedə dəyişiklik edəcəm. Bu gün uşaqlar çox güc qoydular. Sabah bərpa məşqi olacaq. Çexiya ilə görüşə kimlərin tam hazır olacağı orda bilinəcək. Bütün dünyada 3 gündən bir oyun keçirirlər, mənim futbolçularım da buna öyrəşməlidilər. Məncə, bu qələbə Çexiya ilə oyunöncəsi bizə daha çox motivasiya verəcək.

- Sizin üçün əsas nəticədi, yoxsa komandanızın sərgilədiyi oyun?

- Sözsüz ki, sonda nəticə çox önəmlidi. Biz futbolu nəticə üçün oynayırıq. Matçdan öncə komandamıza təzyiq böyük idi. Biz necə rəqiblə qarşılaşacağımızı bilirdik. Norveç yığmasının əksər oyunçuları İngiltərə çempionatında çıxış edirlər. Bəlkə də, bu gün gözəl oyun görmədik. Amma bütün futbolçular canlarını qoydular, əllərindən gələni etdilər. Bildiyim qədərilə, Azərbaycan yığması seçmə mərhələyə ardıcıl qələbələrlə başlamamışdı. Buna görə hamını təbrik edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail