"Buna görə də, bizim qol vurmaq üçün başqa şansımız yox idi" - MÜSAHİBƏ

08.10.2016 | 4048 dəfə oxunub

Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinə 1:0 hesabıyla məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Sözsüz ki, nəticə ilə bağlı məyusuq. Amma şanslarımız oldu, sadəcə dəyərləndirə bilmədik. Meydanın vəziyyəti normal idi. Bizim çoxlu hava ötürmələrimiz oldu. Lakin şansları qaçırdıq.

- Seçmə mərhələnin hər iki görüşündə komandanız uduzub. İstefa barədə düşünürsüzmü?

- Bu nəticəyə görə məyusuq. Keçən seçmə mərhələdə Azərbaycandan 4 xal almışdıq. Artıq budəfəki görüşü unudub, növbəti qarşılaşmaya hazırlaşacağıq.

- Matçdan öncə demişdiz ki, Azərbaycan və San-Marino ilə oyunlarda 6 xal qazanmaq fikrindəsiz. Sizə elə gəlmir ki, bunu deməklə azərbaycanlı futbolçulara daha çox motivasiya verdiniz?

- Biz həmişə qalib gəlmək istəyirik. Ancaq Azərbaycan yığmasının inkişafı artıb. Oyun keyfiyyəti görünürdü. Keçən il siz Xorvatiyadan da xal almışdız. Futbolda hər cür nəticə qeydə alınır.

- Hava ötürmələrindən başqa heç nə ilə yadda qalmadınız. Başqa oyun planınız yoxdu?

- Gördüz ki, Azərbaycan yığması orta xətdən müdafiə olunmağa başlayırdı. Buna görə də, bizim qol vurmaq üçün başqa şansımız yox idi. Məhz bu səbəbdən rəqibin cərimə meydançasının daxilinə hava ötürmələrin etməklə, qol vurmaq istəyirdik. Əfsuslar olsun ki, bu istəyimiz baş tutmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail