"Səmimi deyim ki, o barədə heç düşünməmişəm"

10.10.2016 | 4070 dəfə oxunub

Çexiya yığmasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsində millimizlə sabahkı oyunöncəsi mətbuat konfransı keçiririb.

Stadium.az xəbər verir ki, o, çexiyalı və azərbaycanlı jurnalistlərin matçla bağlı suallarını cavablandırıb.

- Desəm ki, komandada gərginlik yoxdu, bu, səmimi olmaz. Ancaq sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk.

- Robert Prosineçkini şəxsən tanıyırsız? Yaxud tanış olmağa vaxtınız olub?

- Mən onu məşqçi kimi yox, oyunçu kimi tanıyıram. Fikrimcə, sabahkı oyun Azərbaycan millisinin Norveçlə oyununun təkrarı olacaq. Fərq yalnız ondan ibarət olacaq ki, Azərbaycan sabah səfərdə oynayacaq. Əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk.

- Sabah qalib gəlməsək, necə olacaq?

- Əlbəttə, bunu heç cür qəbul edə bilmərəm. Buna görə, ilk dəqiqələrdən səhv etmədən oyunumuzu davam etdirməliyik. Almaniya ilə oyundakı səhvləri təkrarlamamalıyıq. Bunda azarkeşlərin də rolu olacaq. Onlar stadiona gələrək, millini sonadək dəstəkləməlidilər.

- Çexiya ilə Azərbaycan arasında son oyun BƏƏ-də olub və 0:2 uduzmuşuq. Həmin oyundan nə isə nəticə götürmüsüz?

- Mənim yaşım çoxdu. Əlbəttə həmin oyunu xatırlayıram. Ancaq o, yoxlama oyunu idi. Konkret oyun yadımda deyil.

- Almaniya ilə oyundakı heyətlə sabahkı heyət arasında hansısa fərq olacaq?

- Əlbəttə, hər oyundan sonra biz dəyişikliklər edirik. Bu, yalnız Almaniya ilə oyunla bağlı deyil. Ancaq xahiş edirəm, məndən hansısa taktikayla bağlı fikir bildirməyimi istəməyin. Çünki burda yetərincə müxbir var.

- Azərbaycanın Norveçi məğlub etməsi sabah heyətlə bağlı qərarınıza təsir edəcək?

- Azərbaycanın Norveçi məğlub etməsinə görə heyətdə dəyişiklik etməyəcəyik. Biz sadəcə olaraq, özümüzə görə heyət seçəcəyik.

- Sabakı oyunda xal itkisi Çexiya millisini baş məşqçisiz qoya bilər?

- Səmimi deyim, o barədə heç düşünməmişəm. Bizim üzərimizə düşən əsas vəzifə sabah meydanda öz işimizi görməkdi. Sabah nə olacağını heç kim deyə bilməz.

- Azərbaycan millisini özünüzə layiqli rəqib kimi görürürsünüz? Sizcə bu gün onların Çexiyadan öndə olması ədalətlidir?

- Heç vaxt rəqibləri alçaltmamışam. Azərbaycan Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi.

- Sabah hücum, yoxsa müdafiəyə meyilli oyun seçəcəksiz?

- Maraqlı sualdı. Ancaq inanmıram ki, bu suala cavab verəcəyimi gözləyirsiz. Hansı taktikanı seçəcəyimi sabah görəcəksiz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail