Karel Yarolim : "Münəccimlik etməklə aram yoxdur"

12.10.2016 | 4626 dəfə oxunub

Ç-2018-in seçmə mərhələsində evdə millimizlə heç-heçə oynayan (0:0) Çexiya millisinin baş məşqçisi Karel Yarolim oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, çex mütəxəssis oyunla bağlı bunları deyib: 


- Komanda qol vurmaq istəyirdi. Ancaq əfsuslar olsun ki, oyunçular son zərbəni vura bilmədilər. Özünüz də gördüz, rəqibin qapıçısı bir neçə epizodda komandasını real qoldan xilas etdi. Bunun üzərində işləyəcəyik. Növbəti oyunlarımızda qol fürsətlərindən daha yaxşı yararlanmağa çalışacağıq. 

- Oyunun əvvəlindəki pressinqdən düzgün istifadə edə bilmədiyimizdən qələbə qazana bilmədik. Bununla razısız?
- Bəli, bununla tam razıyam. İlk 10 dəqiqədə qol vura bilsəydik, nəticə başqa cür olardı.

- Almaniya ilə oyundan sonra niyə bu qədər dəyişiklik etdiz?
- Oyundan öncə də demişdim, dəyişikliklər oyundan öncə müəyyənləşir. Komanda yeni qurulur. Buna görə, bu cür dəyişikliklər normaldı.

- Bilirəm, cavab vermək çətindi. Sizcə, nə etmək lazımdı ki, komanda qol vura bilsin?
- Sadəcə, inanmaq lazımdı. İnanmasaq, olmaz. Millidə iş klublardan fərqlidi. Klublarda hansısa problemi düzəltmək üçün vaxt olur. Ancaq millidə belə vaxt olmur. Ümid edirəm ki, oyunçular bu problemləri aradan qaldırmaq üçün öz üzərlərində işləyəcəklər.

- İki heç-heçə etmişik. Evdə qeydə alınan bu iki heç-heçəni də məğlubiyyətə bərabər saymaq olar. Sizcə, hələ də, DÇ-2018-ə qatılmaq şansımız var?
- Əvvəlcədən fikir bildirmək, münəccimlik etməklə aram yoxdu. Çalışacağıq ki, növbəti mərhələyə adlayaq. 

- Oyunun ilk dəqiqələrindəki pressinqdən sonra oyunçuların yerini dəyişdiz. Bu, Şimali İrlandiya ilə oyunla bağlı idi?
- Bununla mən effektivliyi artırmaq istəyirdim.

- Siz hücum futbolu oynadan məşqçi kimi tanınmısız. İki oyundan sonra komandanızın qol vura bilməməsini nə ilə əsaslandıra bilərsiz?
- Nə deyim? Bu vəziyyətə sevinmirəm. Öz meydanımızda iki oyun oynasaq da, qələbə qazana bilmədik. Gələn oyunlarda bunun üzərində çalışacağıq.

- Dünənki mətbuat konfransında Prosineçkini məşqçi kimi tanımadığınızı demişdiz. Bu gün o, sizə özünü məşqçi kimi tanıda bildi?
- Burda yəqin ki, anlaşılmazlıq olub. Heç vaxt Prosineçkidə məşqçi kimi potensial olmadığını deməmişəm. Onunla təxminən eyni yaşlardayıq. Buna görə, onu daha çox futbolçu kimi tanıdığımı dedim. Ancaq onu məşqçi kimi də tanıyıram. Prosineçkiyə hörmət edirəm. Bilirəm ki, onun komandaları həmişə intizamlı olub. O ki qaldı, Prosineçkiylə bağlı fikirlərimə, yəqin, tərcümədə nə isə səhv olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail