Ramin Musayev: "Neftçi" - "Xəzər Lənkəran" oyunun baş hakimi cəzalandırılacaq" - MÜSAHİBƏ

"Klub rəhbərliyi məşqçilərinə hakimliklə bağlı danışmağı qadağan etməlidir"

09.11.2011 | 9006 dəfə oxunub

Peşəkar Futbol liqasının prezidentirnRaminrnMusayevinrnStadium.az saytınarnözəl müsahibəsi:

- Ramin müəllim, əvvəlcərn"Neftçi"rn- "Xəzər Lənkəran" oyunundarnyaşanan qırmızırnvərəqərnolayına münasibətrnbildirməyiniz maraqlıdır...

rnrn

- Oyundan dərhal sonra bunun araşdırılmasınarnbaşladıq. Məsələrnondarnidirnki,rnaraşdırma Rəşadın Şəhriyarırnvurması yox, hakimin bunu görüb görməməsi idi. Oyunu videolentə alan PFL-in 5 kamerası ilə bu epizodu təhlil etdik. Və doğurdan da sübuta yetirildi ki, hakim bunu görməyə bilərdi. Çünki həmin anda hakimlə futbolçunun arasında başqa bir oyunçu var. Yan xətt hakiminə gəlincə, həmin an Rəşada arxadan müdaxilə var və bu an yan xatt hakimi bayrağını qaldıraraq qayda pozuntusunu qeydə alır. Və baş hakimə baxır, bu anda isə həmin məqamı qaçırır. Rəşad çox peşəkar futbolçudu, ola bilsin, həmin an rəqib onun köhnə zədəsinə toxunub, onun əsəbləri tarıma çəkilib. Oyun içində belə məqamlar olur.

rnrn

- İstənilən halda Rəşad Abdullayevə qırmızı vərəqə verilməli idi. Və "Xəzər Lənkəran" tərəfi də bunu nəticəyə təsir edən səhv kimi qiymətləndirir.

rnrn

- Mən belə deməzdim. Bunu şişirtməyə ehtiyac yoxdur.

rnrn

- Bəs Elnur Muradov cəzalandırılacaq?

rnrn

- Bu qərarı mən yox, hakimlər Komitəsi verəcək. Amma hər halda, Elnur cəzalandırılacaq. Çünki o oyunun baş hakimidir və bu anı görməli idi. Sadəcə hər şey bir an içində olduğu için o bunu görməyib. Orada futbolçular arasında çəkişmə olmayıb. Buna görə də hakim bunu gözdən qaçırıb. Məsləhətim odur ki, bunu klub da böyütməməlidir. Rəşad vaxtilə "Xəzər Lənkəran" komandasının şərəfini qouyub və mənə elə gəlir ki, bunu layiqincə edib. "Xəzər Lənkəran"ın məğlubiyyətini hakimin ayağına yazmaq düzgün deyil. Amma "Neftçi" - "Xəzər Lənkəran" oyunun baş hakimi cəzalandırılacaq, məncə belə olmalıdır.

rnrn

- "Kəpəz" - "Bakı" oyununda baş hakim Elçin Məmmədovun gözdən qaçırdığı iki epizod var ki, oyun zamanı bunların hər ikisində Gəncə klubunun nümayəndələri, bir sözlə hamısı  penalti istəyirdi. Həmin epizodlara da baxmısız?

rnrn

- Bəli baxmışam. Elçin Məmmədov oyunu normal idarə edib. Sadəcə "Kəpəz" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir.

rnrn

- Sadəcə "Kəpəz" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir?

rnrn

- Bəli, sadəcə "Kəpəz" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir ki, komandadakı problem nədir. Burada hakimi günahlandırmağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, klub rəhbərliyi məşqçilərinə hakimliklə bağlı danışmağı qadağan etməlidir. Bu, klubun öz işinə də yarayar. Çünki sonra məşqçilər bundan variant kimi istifadə edirlər. Uduzanda deyirlər bunu hakim etdi. Elə bir oyun yoxdur ki, həmin görüşdə, hakim, məşqçi, oyunçu səhvi olmasın. Hər şeyi hakimlə bağlamaq düzgün deyil.

rnrn

İndi mənim sözlərimi bəzi yoldaşlır oxuyub başqa cür qiymətləndirəcək. Düzdü, vaxt olub mən də əsəbləşmişəm, dalaşmışam, hakimləri təhqir etmişəm, ancaq hər şey yerində lazımdı. İndi əvvəlki AFFA rəhbərliyinin vaxtı deyil. hazırda AFFA rəhbəri olan Rövnəq Abdullayev hər şeyi yaxşı görür, yaxşı qiymətləndirir. Buna görə də ehtiyac duyulmur ki, kimsə boş yerə cərimələnsin, cəzalansın.

rnrn

- Bir neçə gün əvvəl baş tutan ötən çempionatın mükafatlandırma  mərasimindən sonra belə fikir formalaşıb ki, PFL mükafatların çoxunu yığıb verdi "Neftçi"yə...

rnrn

- Bu, PFL-in əlində olsaydı, mükafatları 12 komanda arasında bölərdi. Ancaq elə deyil. PFL-in saytında var. Kimin hansı mükafatın kimə verilməsiylə bağlı şübhəsi varsa desin, bununla bağlı açıqlama verək. Bütün qalibləri siz KİV nümayəndələri seçmisiz. Kimə daha çox səs vermisizsə, o da qalib olub. Desinlər də, akim nə istəyir, danışsın. "Neftçi" çempionluq qazanıb, mən bunu onların əlindən necə alım?

rnrn

- Premyer Liqanın ilk dövrəsi arxada qaldı, artıq ikinci dövrə başlayıb. Necə qiymətləndirirsiz?

rnrn

- Çox yaxşı. Baxmayaraq ki, oyunların çoxu hələ qabaqdadır, çempionat çox gərgin keçir.Sevindirici haldır ki, hazırda birinci altılıq uğrunda 10 komanda mübarizə aparır. İlk on komandanın hamısı bu şansını hələ saxlayır.

rnrn

- Arxada qalan müddətdə sizi yaxşı və pis mənada təəccübləndirən komandalar hansılar oldu?

rnrn

- Belə deməyim yaxşı çıxmaz. Amma "Xəzər Lənkəran"ın "Neftçi"yə 5 cavabsız qolla qalib gəlməsi, "Qarabağ"ın Quzanlıda "Sumqayıt Şəhər"ə uduzmasını heç gözləmirdim. Bunlar sözün həqiqi mənasında məni təəccübləndirdi. Bu da çempionatın bir reallığıdır ki, Sumqayıt klubu azyaşlı uşaqlarla, Avrilaqada öz sözünü deyən bir komandanı məğlub edir. Elərnburnməqam çempionatın şəffav keçməsindənrnxəbər verir.

rnrn

Vüsal söhbətləşdi



  #5   Adınız: Kehraba;   E-mail: ---

10.11.2011 10:19

Brat oyunun axirinda yox? evvelinde/ Daha doqrusu ele oyunun
5-ci deqiqesinde! Amma hakim yeqin Neftcinin qocularindan
qorxdu Vermedi qirmizi vereqe.

  #4   Adınız: Ruslan Memmedov ;   E-mail: ---

10.11.2011 10:18

bunlar beledide temiz udmu$ug daa. Ne penalti ne bir $ey.
Duzdu axirda Re$adA etdiyi herekete hec olmasa sari kart
du$urdu.

  #3   Adınız: Ð‘езпридельний Хулиган ;   E-mail: ---

10.11.2011 10:16

gunahi nediki hakimin men oyuna baxmamiwam

  #2   Adınız: Mayis CÉ™fÉ™rov;   E-mail: [email protected]

10.11.2011 05:29

Ramin müəllim sizi NEFTÇİ komandasının qələbəsi münasibəti ilə
təbrik edirik!

  #1   Adınız: Bayazid Axundov;   E-mail: [email protected]

10.11.2011 03:00

Ramin muellim,dorduncu hakim hara baxirdi Reshad Abdullayevin epizodunda? Bunu demediniz axi…Hakimi cezalandiracaqsiniz? Afqan Hamzayev,Babek Quliyevin gunune salin Elnur Muradovu.Lap o personajin dediyi kimi –he nooooooooolsun?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail