Ramil Şeydayevin keçmiş baş məşqçisi danışdı

13.10.2016 | 4401 dəfə oxunub

Rusiyalı məşqçi: "Ramil Rusiyanı təmsil etmək istədiyini aydın şəkildə demişdi"

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Dmitri Xomuxa keçmiş yetirməsi Ramil Şeydayevin Azərbaycan yığmasında çıxış etməsinə münasibət bildirib.

Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Russian Today"a müsahibəsində bu xəbərdən çox məyus olduğunu bildirib. Onun fikrincə, Rusiya futbolu perspektivli hücumçusunu itirib: "Ramilin belə qərar verməsinin səbəbini demək çətindir. Valideynlərindən soruşmaq lazımdır. Şeydayevin Azərbaycan pasportu almasına dair söz-söhbətlər onun hələ Rusiyanın yeniyetmələrdən ibarət yığmasında çıxış etməyə başladığı vaxtdan gedirdi. Amma hər hansı razılığın olduğuna dair əsas da yox idi. Ramil məhz Rusiyanı təmsil etmək istədiyini aydın şəkildə demişdi".

Xomuxa Rusiya yığmasından komandanın Avropa çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı səbəbindən kənarlaşdırılıb. Bu komanda rəqiblərindən Azərbaycan millisinə Bakıda böyük hesabla uduzub - 0:3. Həmin görüşdə Şeydayev qonşu ölkə komandasının heyətində çıxış edib. Təcrübəli mütəxəssis onu əvəzləyən Nikolay Pisarevin dövründə də Rusiyanın ciddi dəyişikliyə nail olmadığını bildirib: "Baş məşqçi dəyişikliyindən sonra nə dəyişib? Bəlkə Azərbaycanı, Finlandiyanı udublar? Xeyr! Heç bir kardinal dəyişiklik gerçəkləşməyib".     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail