Avropada yeni çempionat başlayır

17.10.2016 | 3677 dəfə oxunub

Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni futbol çempionatı yaratmağa qərar veriblər.

Stadium.Az xəbər verir ki, "Sabah" nəşri Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveçdə artıq məsələ ilə bağlı işə başlanıldığını yazıb.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlecht", "Celtic", "Ayax", PSV, "Rosenborg", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrdə bu cür addım atılmasına səbəb Çempionlar Liqasında formatın dəyişməsidir. 2018/2019 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və İtaliyanın 4 klubu birbaşa qrup mərhələsində çıxış edəcək. Bu halda qitənin ən nüfuzlu klub turnirində digər ölkələr üçün cəmi 16 yer qalacaq ki, bu da digər ölkələrin narazılığına səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail