“Sent Etyen”lə oyunu buraxacağımı biləndə çox pis oldum"

19.10.2016 | 3886 dəfə oxunub

“Hər kəs Sent Etyendəki futbol atmosferini görmək istəyər. Mən də bu səfər oyununda meydana çıxmağı arzulayırdım. Möhtəşəm ajiotaj olacaq”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Baqali Dabo Fransa mətbuatına açıqlamasında deyib.

Fransalı hücumçu zədə səbəbindən sabahkı oyunu buraxacaq. O, buna görə çox məyus olduğunu bildirib:

“Sent Etyen”lə oyunu buraxacağımı biləndə çox pis oldum. Həvəslə oyunu gözlədiyim bir vaxtda zədələndim. "Joffrua Gişar"da olan atmosferi həmişə xatırlayıram".

Dabo sabahkı oyunda “Sent Etyen”in daha şanslı olduğunu qeyd edib:

“Azərbaycan Premyer Liqasının səviyyəsi Fransa Liqası ilə müqayisə oluna bilməz. Bu məntiqlə deyə bilərəm ki, “Sent Etyen” favoritdir. Ancaq bizim də yaxşı komandamız var. Layiqli mübarizə aparacağıq”.

Xatırladaq ki, sabah keçiriləcək “Sent Etyen” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail