FİFA nümayəndələri Bakıdakı otelləri gəzdi

10.11.2011 | 4320 dəfə oxunub

FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə gələn FİFA nümayəndə heyətinin səfəri davam edir.

Stadium.az xəbər verir ki, dünən – noyabrın 9-da FİFA rəsmiləri AFFA tərəfindən inşası davam etdirilən 8-ci kilometr və Bayıl qəsəbəsindəki stadionlara baxış keçiriblər. Beynəlxalq futbol qurumunun nümayəndələri bu gün AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»ya gediblər. Qonaqlar səfər proqramı çərçivəsində həmçinin Bakıdakı bir sıra otellərlə tanış olublar.

Tərkibinə Oliver Vogt (yarışların təşkili), Nerico Digues (inzibati işlər), Sonia Denouncourt (hakimlik), Kim Yew(marketinq), Alexandra Knoke (TV), Stefan Wistuba (HBS televiziyası), Monika Huser (media), MathewHarding (otellərlə iş), Heike Ulrich (FIFA qadınlararası dünya çempionatı Almaniya 2011-in Yerli Təşkilat Komitəsinin üzvü), Kevan Pipe (Bilet satışı, Kanada Futbol Federasiyasının sabiq baş katibi), Dietmar Eufinger (arxitektura), Mayrilian Cruz Blanco (milli assosiasiyalar və inkişaf), Rolf Kaderli (İT menecer) və Oscar Orellananın (FIFA lisenziyalı konsaltinq şirkəti) daxil olduğu FİFA nümayəndə heyəti noyabrın 6-dan etibarən ölkəmizdə səfərdədir. FİFA rəsmilərinin səfəri noyabrın 12-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail