Mirça Rednik: "Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım"

29.10.2016 | 3483 dəfə oxunub

“Məşqçilik karyeramda çox iş görmüşəm. Odu ki, Voçin susmalı və mənim haqqımda fikir bildirməməlidi”. Stadium.Az xəbər evrir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Mirça Rednik deyib.

Son iş yeri Buxarest “Dinamo”su olan 54 yaşlı çalışdırıcı qəzəblənərək, özündən çıxıb. Buna səbəb isə Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun müşaviri vəzifəsində çalışan Andrey Voçinin onu məşqçi-menecer adlandırması olub.

Rednik ölkəsinin fanatik.ro saytına müsahibəsində Voçinin cavabını verib: “Əgər eyni anda həm məşqçi, həm də menecer ola bilirəmsə, nəyi pisdi? Onun mənimlə problemi nədi? Mən Voçini maraqlandırmamalıyam. “Standart”da yaxşı komanda formalaşdırdıq, onlar sonra titullar əldə etdilər. Mən getdim, “Standart” futbolçuların satışından ümumilikdə 50 milyon pul qazandı. “Dinamo”da işləyəndə komandaya azad agent statusu daşıyan oyunçular gətirdik. Bu, klubu xeyli irəli saldı”.

Rednik söhbət əsnasında Azərbaycandakı fəaliyyətini də yada salıb. O, “Xəzər Lənkəran”da aldığı məvacibi də açıqlayıb: “Azərbaycanda da işlədim. “Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım. Yaxşı komanda yaratmışdım. Ardıcıl 2 il çempionluq uğrunda mübarizə apardıq, ölkə kubokunu qazandım. Məndən sonra kluba Con Benjamin Toşak gətirildi ki, o heç nə edə bilmədi”. 

Rednik Rumıniya Futbol Federasiyasında çalışanları qeyri-peşəkarlıqda günahlandırıb: “Gənclər yığmamızın səviyyəsi aşağıdı. İndi Azərbaycan millisi də Rumıniyaya qalib gələr. Federasiyada çalışanları bu narahat etməlidi, Rednik yox. Məni tənqid etməkdənsə, öz işlərinə fikir versinlər”.

Rednik “Xəzər Lənkəran”ı 2010-2011-ci illərdə çalışdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail