50-ci məğlubiyyət və ən böyük sillə

11.11.2011 | 5101 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XII turunun “Neftçi” ilə oyunundakı məğlubiyyət “Xəzər Lənkəran” tarixinin 50-ci yenilgisi oldu. Stadium.az xəbər verir ki, 2004-cü ilin yayında yaradılan komanda bu matçadək keçirdiyi 277 qarşılaşmada 49 dəfə xalsız qalmışdı. 278-ci görüş isə yubiley məğlubiyyəti ilə nəticələndi – 0:5.
 
Komanda uğursuzluqların 35-ni ölkə çempionatında, 8-ni Azərbaycan kuboku, 6-nı avrokuboklar və 1-ni Birlik kubokunda yaşayıb. “Xəzər Lənkəran” 2004/2005 mövsümündə 6, növbəti futbol ilində 11 dəfə uduzub. 2006/2007 mövsümündə 3, 2007/2008-də 5, 2008/2009-da 9, 2009/2010-da 8 dəfə uduzan komandamız son 2 mövsümdə məğlubiyyətlərinin sayını azaldıb. Ötən mövsüm cəmi 5 dəfə uduzan komandamız cari futbol ilində 3-cü dəfədir meydanı başıaşağı tərk etdi.
 
50 məğlubiyyətdən 18-i Ağasəlim Mircavadov, 13-ü Rasim Kara, 8-i Mirça Rednikin baş məşqçiliyi dövrünə təsadüf edir. Nazim Süleymanovla İqor Ponomaryov hərəyə 4, Şenol Fidan 2, Viktor Pasulko isə hamıdan az 1 dəfə komandanın yenilgisinə şahid olub. Cəmi 1 matçda baş məşqçi əvəzi olan Hafiz Əliyev isə məğlubiyyət acısı yaşamayıb.
 
Bu dəfə ki məğlubiyyət əvvəlki 49 yenilgisdən fərqli olub. Belə ki, komandamız heç vaxt 5 top fərqi ilə uduzmamışdı. Cəmi 3 dəfə böyük hesaba üzülən “Xəzər Lənkəran” 3 müxtəlif yarışın hərəsində 1 dəfə - amma həmişə 3 top fərqinə üzülmüşdü.
 
“Xəzər Lənkəran”ın böyükhesablı məğlubiyyətləri
 
2005/06   07.05.2006        Azərbaycan kuboku        ½, cavab         KARVAN (Yevlax)    s     0:3
2008/09   31.07.2008             UEFA kuboku              I təsnifat              LEX (Polşa)      s     1:4
2010/11   17.10.2010     Azərbaycan çempionat       9-cu tur          GƏNCƏ (Gəncə)      s     1:4
2011/12   06.11.2011    Azərbaycan çempionatı      12-ci tur           NEFTÇİ (Bakı)         s     0:5



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail