Samir Abbasov: "Vəziyyətimiz heç də pis deyil"

30.10.2016 | 4703 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turunda bu gün səfərdə “İnter”ə uduzduqları 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Tez qol vurduq, tez də müdafiəyə çəkildik. Bunun da nəticəsində 3 qol buraxdıq. Rəqibin təzyiqinə tab gətirmədik. Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək. Bu oyunda Yusif Nəbiyevdən razı qalmadım. Bilmirəm niyə belə oldu. Keçən oyunda yaxşı təsir bağışlamışdı. Nə bacarırıqsa, maksimum onu edəcəyik.

- Bəzi oyunçular komandada icarə əsasında çıxış edir. Bu, onların çıxışına təsir etmir ki?

- Əksinə, həmin oyunçular daha yaxşı təsir bağışlayırlar. Onlar çalışırlar ki, burda ümidləri doğrultsunlar. Bir az təcrübə lazımdır. Məsələn, Yusifə...

- Ümidləri doğrultmayan oyunçuların adlarını açıqlaya bilərsiniz?

- Bundan öncə Xəyal Nəcəfova qarşı həmin addımı atmışdıq. O, Türkiyədən qayıtdıqdan sonra özünü başqa cür aparmağa başladı. Ancaq “Qəbələ”ylə oyunda ən yaxşılardan idi. Bəzi məşqçilər heyətdən şikayətlənir. Keçən dəfə “Neftçi”nin oyununa baxıram, şərhçi deyir ki, “bu heyətlə heç nə etmək olmaz”. Ancaq bir baxın bizdə vəziyyət necədi... Bizdə heç legioner yoxdur.  Buna baxmayaraq, bu oyunçularla oynamağa məcburuq. Bir az çətindir. Bizi də başa düşün. Oyunçuları əvəzediciyə göndərsək, heyətdə kim oynayacaq?

- “Sumqayıt”ın heyəti sanki müvəqqəti qurulub. Bəlkə rəhbərliklə danışasınız, klubun strategiyası dəyişsin...

- Bu, mümkün deyil...

- Komandanın fiziki durumu necədir?

- Fiziki vəziyyətimiz çox əladır. Bir gündə iki 90 dəqiqə oynamağa imkanımız çatar. Vəziyyətimiz heç də pis deyil. Qarşıda “Kəpəz”lə oyun var. Ora uduzmağa getmirik. Görək başımıza nə gəlir...

- Qollarda Fərhad Vəliyevin səhvi nə dərəcədə var idi?

- Birinci qolda sanki səhvi var idi. Ancaq videotəkrara baxıb, dəqiqləşdirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail