“Qarabağ” Bakıdakı oyunda göstərdi ki, çox güclü rəqibdir"

01.11.2016 | 6159 dəfə oxunub

“Qarabağ”la oyun öncəsi qələbə qazanmaq vacib idi. Bu uğurun davamını gətirməliyik”.

Stadium.Az xəbər verir ki, bunu PAOK-un yarımmüdafiəçisi Xose Kanas Yunanıstan superliasının 7-ci  turunda AEK-ə qalib gəldikləri oyundan (1:0) sonra klubun saytına açıqlamasında deyib.
 
İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda  Bakıda “Qarabağ”a uduzduqları oyundan (0:2) və Ağdam klubu ilə noyabrın 3-də keçiriləcək növbəti qarşılaşmadan danışıb: 
 
“Qarabağ” Bakıdakı oyunda göstərdi ki, çox güclü rəqibdir. Həmin oyunda başa düşdük ki, onlara oynamağa imkan vermək olmaz, dayanmadan pressinq etmək lazımdır. Rəqib ani səhvi bağışlamır.  Çox çətin oyun olacaq. Ancaq nikbinik. Komandada əhval ruhiyə yaxşıdır. Erkən qol vurmağa çalışacağıq. Mütləq qalib gəlməliyik”.

Salonikidə keçiriləcək  PAOK  - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail