Azərbaycan çempionatında danışılmış oyunlar araşdırılır

07.11.2016 | 3632 dəfə oxunub

AFFA-nın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyası Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlara dair araşdırmalara başlayıb.

Stadium.Az xəbər verir ki, araşdırmalar, xüsusən, I Divizion qarşılaşmalarını əhatə edir. 

Komissiya mətbuatda mövzu ilə əlaqədar vaxtaşırı informasiyaların dərcini də nəzərə alaraq hərəkətə keçib. 

Öz növbəsində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "Report"un sorğusuna cavab olaraq, xəbəri nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi proses barədə konkret məlumat verməsə də, bununla bağlı mütəmadi işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, proses UEFA ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

M.Nərimanoğlu, həmçinin xatırladıb ki, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 29-da keçirilmiş iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub. Həmin Bəyannaməyə əsasən, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs sənədi imzalamaqla üzərinə müvafiq öhdəlik götürür: "Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunub. Eyni zamanda, UEFA Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail