"Son illərdə çox şey dəyişib"

11.11.2016 | 3256 dəfə oxunub

AFFA-nın keçmiş idman direktoru, ingiltərəli mütəxəssis Deril Uillard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu barədə danışıb.

Stadium.Az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında bunları söyləyib:

"Son illərdə çox şey dəyişib. Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan yığması daha inamlı çıxış etməyə başlayıb. O, özü də güclü futbolçu olub və meydanda oyunçulardan nə tələb etmək lazım olduğunu yaxşı bilir. Xorvatiyalı mütəxəssis istəyir ki, komandası meydanda daha sərbəst oynasın, daha çox hücuma atılsın. Hansı ki, əvvəlki məşqçinin dövründə bu baxımdan çatışmazlıqlar var idi. Komanda əvvəlki seçmə mərhələlərdə bir qayda olaraq müdafiə barədə düşünürdü. Amma indi onlar daha çox hücum edir, qol vurmağa çalışırlar".

"Fikrimcə, Azərbaycan yığması Çexiyaya da qalib gəlməli idi. Amma onların Norveç üzərindəki qələbəsi də fantastik uğur sayıla bilər. Özü də bu oyunda meydan sahibləri birdən artıq qol vurmalı idilər".

Uillard komandamızın heyətində kapitan Rəşad Sadıqovu xüsusi fərqləndirib: "Rəşad millidə 100-dən çox oyun keçirib. O, ölkəsinin, milli komandanın qəhrəmanıdır. Sadıqov daha böyük uğurlara nail ola bilərdi. Amma ölkəsində qalmağa, öz klublarında oynamağa üstünlük verdi. Yığma komanda üçün də həlledici oyunçulardan sayılır".

"Maykl O`Nil Şimali İrlandiya yığmasını bu oyuna hazırlaşdırarkən xüsusi ev tapşırıqlarından mütləq yararlanacaq. Amma Prosineçkinin də rəqib komandanı yaxşı analiz edəcəyinə əminəm. Onun futbolçuları da öz güclərinə inanırlar və Belfastda bilirlər ki, Belfastda uğur qazana bilərlər. Məncə, Norveç üzərində qələbə Azərbaycanın bu seçmə mərhələdəki yeganə uğuru olmayacaq".

Keçmiş AFFA rəsmisi Azərbaycanda futbolun inkişafda olduğunu bəyan edib: "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasındakı uğurlu çıxışından sonra insanların bu idman növünə marağı yenidən artmağa başlayıb. Bu iki klubda çıxış edən oyunçular Avropanın ən yaxşı komandalarına qarşı oyunlarda böyük təcrübə toplayırlar. Gənc oyunçular da artıq əvvəlkindən fərqli, müasir və yaxşı standartlarla hazırlaşırlar. Azərbaycan futbolu indi əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyədədir. Altı il əvvələ qədər bu ölkədə gənclər futbolu ilə bağlı heç bir siyasət yox idi. Amma indi U-9-dan U-17-yə qədər hər cür uşaq komandaları mövcuddur".

Uillard sabah keçiriləcək oyun üçün proqnozunu da səsləndirib: "Bu oyunun çox maraqlı olacağına əminəm. Amma komandaların çox qol vuracağına inanmıram. Meydan sahibləri künc zərbələrindən sonra qol vura bilərlər. Çünki fiziki cəhətdəndha yaxşıdırlar. Meydan sahiblərinin 1:0 hesablı qələbə qazanacağını gözləyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail