Rəşad Sadıqov: "Az qalırdı ki, ürəyim partlasın"

11.11.2016 | 3840 dəfə oxunub

“Hələ Avroliqada "Fiorentina" ilə oyundan sonra öncə zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim".

Stadium.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında söyləyib.

“Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə riskli olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam”.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçiriləcən bugünkü oyunla bağlı isə Rəşad Sadıqov bildirib: “Bu matça çıxmamağım mənə çox çətin olacaq. Məşqi kənardan izlədim. Az qalırdı ki, ürəyim partlasın. Amma futbol həyatında belə hallar olur. Başıma belə iş gəldiyi üçün peşman deyiləm. Müalicəmlə məşğul olub tam sağaldıqdan sonra digər qarşılaşmalarda komandama kömək etməyə çalışacam”.

Rəşad Sadıqovun sözlərinə görə, baş məşqçi Robert Prosineçkinin Şimali İrlandiya ilə oyun üçün müəyyənləşdirdiyi heyət barədə də danışıb: “O, həmişə ədalətli heyət qurub. Formada olanlara şans verib. Məşq proseslərini də, futbolçuların klublarındakı oyunlarını da izləyib. Fikrimcə, Şimali İrlandiya üçün açıqlanan heyət ən ideal "11-lik"dir. Heyətdə futbolçular var ki, hamısı oynamağa layiqdir. Sadəcə, baş məşqçimizin öz taktiki gedişləri var. Mənə elə gəlir ki, bu heyətlə bugünkü oyunda uğur qazanacağıq».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail