5 futbolçu millidən kənarlaşdırıldı

12.11.2011 | 5886 dəfə oxunub

Azərbaycan milli komandasının heyətindən daha 2 futbolçu kənarlaşdırılıb. Stadium.az xəbər verir ki, Albaniya yığmasına Tiranada 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündən sonra Mahir Şükürov, Branimir Subaşiç, Vladimir Levinlə yanaşı, müdafiəçi Rail Məlikov və hücumçu Elşən Məmmədov bu gün düşərgəni tərk edərək, Bakıya qayıdacaqlar. Ancaq onların arasında yarımmüdafiəçi Rəşad Sadiqov olmayacaq. Albanlarla oyunda “Qarabağ”dakı komanda yoldaşı, hücumçu Rauf Əliyevə məhsuldar ötürmə verən Rəşadın yığmada saxlanılmağa qərar verilib.

Albaniyada təlim-məşq toplanışını yekunlaşdıran millimiz bu gün Almaniyaya yollanır. Berlində təlim-məşq toplanışı çərçivəsində noyabrın 15-də II Bundesliqa təmsilçisi “Union Berlin”lə yoldaşlıq görüşü keçirəcəyimiz məlumdur. Bu oyununun test xarakterli olduğu nəzərə alınaraq və gələcəkdə millidə çıxış etmək ehtimalı böyük olan gənc futbolçuların təcrübə toplaması məqsədilə komandanın heyətində dəyişiklik edilib. Hazırda Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın futbolçularından Amit Quluzadə, Bədavi Hüseynov, Rizvan Umarov və milliləşdirilən türkiyəli Cihan Özkara millinin düşərgəsinə yollanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail