"Şimali İrlandiya ilə matç ən vacib oyunlarımızdan biri olacaq"

11.11.2016 | 4375 dəfə oxunub

Noyabrın 11-də Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçı keçiriləcək. Dünən yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev qarşılaşmanın baş tutacağı «Windsor Park» stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

- Şimali İrlandiya ilə matç ən vacib oyunlarımızdan biri olacaq. Yaxşı hazırlaşmışıq. Rəqibi diqqətlə analiz etmişik. Öz oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik.
 
- Şimali İrlandiya ilə əvvəlki 2 matçın hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?

- Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdur. İndiki Şimali İrlandiya daha güclüdür. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, bu, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir. Çünki həm onlar, həm də biz dəyişmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail