Prosineçki: "4 qol çoxdur" - MÜSAHİBƏ

12.11.2016 | 4691 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik. 

- Emin Mahmudovun əsas silahınız olacağını demişdiniz. Öz seçiminizdə yanılmadınız?
- Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü oyunun problemi oyunla bağlı idi. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.

- Bizim qrupda Şimali İrlandiya və Almaniyanın 2 güclü komanda olduğu fikri ilə razısınız?
- Şimali İrlandiya gələn il Bakıya gələcək. Bu rəqib üstün cəhətlərindən istifadə edərək, qollarını vurdu.

- Əfran İsmayılovun sonadək meydanda qalması və Ağabala Ramazanovun sonluqda meydana buraxılması nə ilə bağlı idi?
- Mən gələnədək Ağabala millidə elə də çox oynamırdı. Əfran isə elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. İkinci hissədə Dəniz Yılmaza ötürməsini hamınız gördünüz. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Əfranın o ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyüm işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik. Əfranı ona görə saxladım ki, sonadək nə isə edəcəyinə ümidli idim. Amma 0:4 hesabı ilə uduzduqdan sonra belə sualları normal qəbul edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail