Olimpiya çempionumuz dünyada liderdir

06.12.2016 | 3686 dəfə oxunub

Ümumdünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, Bakıda keçiriləcək Qran-pri turnirinin final mərhələsi və komandalararası Dünya Kuboku ərəfəsində müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, Olimpiya çəkiləri üzrə reytinq cədvəlinin “onluğ”unda 2 təmsilçimiz yer alıb. Rio-2016-nın bürünc medalçısı Milad Beiqi Harçeqani 80 kq çəki dərəcəsində 6-cıdı. Onun aktivində 241,23 xal var.

Millimizin heyətində ən yaxşı göstərici Radik İsayevə məxsusdu. Olimpiya çempionumuz +80 kq çəkidə bütün rəqiblərindən öndədi. Hesabında 486,02 xalı olan İsayev ikinci yerdə qərarlaşan Dmitri Şokini (Özbəkistan) 108,7 xal qabaqlayır.

Dünya reytinqinə gəlincə, Harçeqani və İsayevlə yanaşı, Ayxan Tağızadə (68 kq) və Fəridə Əzizova da yer alıb. Onlar müvafiq olaraq, 10-cu və 9-cudu.

Siyahıda Harçeqanı (80 kq) 5-ci olduğu halda, İsayev 2 müxtəlif çəkidə fərqli mövqedədi. 87 kq-da 4-cü olan dünya çempionu +87 kq-da ikincidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail