"Fiorentina"nın baş məşqçisi: "Təəssüf ki, bu barədə məlumatım yoxdur" - MÜSAHİBƏ

07.12.2016 | 3811 dəfə oxunub

Sabah Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək.

Stadium.Az xəbər verir ki, rəqibin baş məşqçisi Paulo Souza qarşılaşma ilə bağlını fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bütün məşqin mətbuata açıq olmasının səbəbi nədir? Bu ənənədir, yoxsa?

- Bizim bütün rəqiblərə hörmətlə yanaşmışıq. "Qarabağ" xüsusi hörmətimiz var, güclü məşqçiləri və güclü futbolçuları var. Məşqin açıq olması həm də jurnalistlərə hörmətimizdən irəli gəlir.

- PAOK-a məğlubiyyətdən sonra öz azarkeşlərini, yoxsa "Qarabağ" azarkeşlərini düşündü?

- Hər oyuna qələbə üçün çıxırıq. Hər məğlubiyyət də bizə pis təsir edir. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, həmin gün bəxtimiz gətirmədi.

- "Qarabağ"la ilk oyunda qələbə qazanılsa da, ilk 25 dəqiqə çətin keçmişdi. Sabahkı oyun necə olacaq?

- "Qarabağ" çox güclü rəqibdir. İlk oyunda "Qarabağ" ilk dəqiqələrdə çox güclü oynamışdı. Biz sonra üstünlüyü ələ keçirib qalib gəldik. Sabahkı oyuna da ciddi hazırlaşmışıq. Çalışacağıq ki, qələbə qazanaq.

- Oyunda son dəqiqələrdə hər şey dəyişə bilər. Qapıçı barədə nə deyə bilərsiniz?

- Biz nəticəyə oynayırıq. Təcrübə illərlə deyil, oyunla qazanılır. Ümid edirəm ki, sabah qapıçının kim olduğu bilinəcək. Mən pozitiv insanam. Hər oyunla bağlı yaxşı düşünürəm.

- "Qarabağ" klubunun tarixi haqqında məlumatınız varmı?

- Təəssüf ki, bu barədə məlumatım yoxdur. Bir onu bilirəm ki, klub çox çalışıb və özünü ən güclü klublar sırasına çıxarmağı bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail