Robert Prosineçki: "Qarabağ"ın bu gün də şansı var"

08.12.2016 | 3593 dəfə oxunub

Azərbaycan milli komandasının qış təlim-məşq toplanışının keçirilməsinə hələ aydınlıq gəlməyib. Stadium.Az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis yanvarda klubların da hazırlıq prosesi olduğu üçün toplanışın təşkilinin çətin olduğunu bildirib:

"Biz birgə olmaq üçün 2-3 gün vaxt tapa bilmirik. Üstəlik, həmin ərəfədə rəqib tapmaq da çox çətindir".

Prosineçki "Qarabağ"ın bugünkü oyunu barədə də danışıb:

"Bu komandanın ötən il əla şansı var idi. Amma bu gün çox çətin oyun olacaq. Qurban Qurbanov güclü məşqçidir. Nə edəcəyini yaxşı bilir. Lakin nəzərə almaq lazımdır ki, "Fiorentina" da əsas heyətlə gəlib. Onlara da xal lazımdır. Futbolda hər cür nəticə qeydə alına bilər. "Qarabağ"ın bu gün də şansı var. Bir məqamı da nəzərə almaq lazımdır ki, Maksim Medvedevlə Miçel cəza üzündən oynamayacaq, Rəşad Sadıqov isə hazırda tam formada deyil və bir müddət kənarda qalıb".

"Qəbələ"nin həbsdən buraxılan futbolçusu Cavid Hüseynovun hazırlıq durumuna gəldikdə, Prosineçki onun hələ tam formada olmadığını söyləyib: "Cavid uzun müddət futboldan, məşqdən uzaq qalıb. Formasını tam bərpa etmək üçün çalışmalıdır". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail