Höccət Hacıyev: "Rednikdən nəticə istəyiriksə, qapını da möhkəm saxlamalıyıq"

15.11.2011 | 5721 dəfə oxunub

«Xəzər Lənkəran» klubunun icraçı direktoru Höccət Hacıyevin müsahibəsi.

-Höccət müəllim, Kamran Ağayevin komandadan uzaqlaşdırılması haqda verilən qərar necə oldu ki, dəyişdirildi.  Klub rəhbərliyinin qərarını dəyişəcəyi gözlənilmirdi.  Bəs səbəb nə oldu ?

-Əslinə baxsaq Kamran Ağayev rəhbərlik tərəfindən heç uzaqlaşdırlmamışdı da. Belə bir qərar verilməmişdi. O özü zədə səbəbindən “Neftçi” ilə oyuna çıxa bilməyəcəyini bildirmişdi. Komandanın son bir neçə gün ərzində Lənkəranda keçirdiyi məşqlərə də qatılammışdı. Yəni bunu zədəsi ilə məşğul olması ilə əlaqələndirirdi. Rəhbərlik məgər onun uzaqlaşdırlması ilə bağlı qərar vermişdi ki, qərarını da dəyişsin ?

-Amma gəzən söhbətlərdən belə anlamaq olurdu…

- “Neftçi” ilə oyundan sonra hamı gərginlik içində idi. Elə mən də Kamranla bağlı mətbuatda bəzi fikirlər səsləndirmişdim. Bütün bunlar gərginlikdən yaranmışdı. Amma rəhbərlik onu qovmamışdı.

-Gərginlik məsələsi ilə tam razıyam, deyəsən gərginliyin burulğanına, özü də lap dərin yerinə mən  düşmüşdüm ki, hətta oyundan sonra bir neçə gün ürəyimdən müalicə də almalı olmuşdum. Bununla belə yayılan xəbrlərdə deyilir ki,  Kamranla uzunmüddətli müqavilə bağlanılıb. Bəs səbəb nə oldu, axı bildiyimizə görə Kamranla 6-aylıq müqavilə onsuz da var idi.

-Bu məsələdə Kamranın səhvlərini anlaması, klubumuza zərbə vurmaq istəyən klubdan kənar qüvvələrin təsir dairəsinə düşməsini gec də olsa anlaması rol oynadı. Kamran artıq anlayır ki, onunla baş məşqçi arasında söz-söhbət yaratmaq istəyən qüvvələr, qeyd edim ki, bunlar kənar qüvvələrdir, “Xəzər Lənkəran”ın irəliləməsini istəmirdilər. Onu yoldan çıxarmaq istəyirdilər, lakin alınmadı.

-Bəlkə aydınlıq gətirək,konkret olaraq kimlər ?

- “Xəzər Lənkəran”ı  sevməyənlər məgər azdır ? Kamranı yoldan çıxarmaq istəyində olan o qədər qüvvələr var ki… Baxın bu hadisələr olmasaydı komandamız “Neftçi”yə məğlub olmazdı və bir neçə xallıq fərqi ən azından saxlaya bilərdi. Liderlik mövqeyində daha möhkəm durardı. Amma hadisələr onu göstərdi ki, bu hadisələr komandamızın çempionluq yolunda maneəyə çevrildi. Kamran bütün bunlardan artıq düzgün nəticə çıxara bilib. Hətta o deyir ki, gərək “Neftçi” ilə oyuna çıxardım.

- Deməli rəhbərlik onu səhvlərini başa düşdüyünə görə bağışlayıb.

- Burada bəzi məqamlara da aydınlıq gətirmək istəyirəm. Hazırda komandanın qapısında oyun praktikasından əziyyət çəkən  Kamal Bayramov və gənc qapıçı Orxan Sadıxlı vardır. Qış transfer pəncərəsinə qədər isə bizi çətin oyunlar gözləyir. Hadisələri analiz edib məsələyə soyuq başla yanaşanda sizcə rəhbərlik nə etməli idi. Axı “Xəzər Lənkəran” çempionluq yolunda addımlayır.  Rednikdən  nəticə istəyiriksə qapını da möhkəm saxlamalıyıq.  Hamı bilir ki, Kamran qapıçı kimi ölkədə nömrə birdir. Sizcə rəhbərlik məntiqli qərar verməyibmi ? Futbolçularımız meydana çıxarkən qapıdan rahat olmalıdırlar, onlar bilməlidirlər ki, müdafiəçiləri sığortalayan təcrübəli qapıçı var.

- Mən jurnalist deyiləm, siz isə mətbuata dəfələrlə müsahibələr vermisiniz deyə, məni üstələməyə çalışırsınız. Azarkeş saytı olaraq bizi azarkeşlərin bu qərara münasibəti  əlbəttəki daha çox maraqlandırır.  Siz  çoxminli azarkeşlərin klub rəhbərliyinin qərarına münasibətini necə gözləyirsiniz ?

- “Xəzər Lənkəran” klubunu yarandığı gündən rəhbərlik azarkeşlərin fikirlərinə hörmətlə yanaşıb. Bu məsələdə də azarkeşlərin rəhbərliyin addımını anlayışla qarşılayacağına inanıram. Elə götürək sizin saytda “Kamran Ağayev, qalsın ya getsin” başlıqlı yazıda verilən şərhlərin əksəriyyətində Kamranın qalmasını istədiklərini yazmışdılar. Bunu təsdiq edirsiniz ?

- Bəli razıyam son günlər saytdakı şərhlərdə üstünlük onun qalmasını istəyənlərin tərəfinə keçib. Amma saytda şərh verməyənlər necə olsun, axı onlar minlərlə də ola bilər.

- Ümumilikdə klub rəhbərliyi hər hansı qərarı verərkən azarkeşlərin mövqeyini nəzərə alır. Bu məsələdə də azarkeşlər mövqeyini ortaya qoymuşdu. Qeyd edim ki, fikir ayrılığı əvvəlcə az olsa da getdikcə çoxaldı və artıq Ağayevin qalmasını istəyənlər daha çoxdur. Rəhbərlik də min ölçüb bir biçdi, hadisələrin xranologiyasını analiz etdi və qərar verdi.  Azarkeşlərin belə bir addıma hörmətlə yanaşacağına şübhə etmirəm. Azarkeşlərimiz heç vaxt komandanın qapıçı problemi üzündən məğlub olmasını istəməzlər. Hazırda komandanın nəticə qazanması önəmlidir.

-Qışda yeni qapıçı alınması planlaşdırılıbmı ? Axı daha bir səviyyəli qapıçı almaqla rəqabət yaratmaq olar.

-Klubun öz siyasəti var, hər bir transfer pəncərəsi üçün müəyyən işlər görülür. Belə məsələlərdə baş məşqçinin fikri önəmlidir. Rəhbərlik Rednikə inanır və onun fikirlərinə əsasən transfer siyasətini də həyata keçirəcək. Hansı mövqelərə futbolçu lazım olarsa alınacaq. İndidən nəsə demək tezdir. İndi qarşıdakı  oyunlara hazırlaşmaq lazımdır.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail