Yarıcan "Qarabağ" əvəzedicilərinə dərs keçdi

15.11.2011 | 6010 dəfə oxunub

Millinin oyunlarıyla əlaqədar olaraq yaranmış fasilədən istifadə edən "Qarabağ" əvəzedici heyətlə hazırlıq maçı keçirib. Stadium.az xəbər verir ki, 6 futbolçusu əsas millilərdə, 3 futbolçusu U-21-də olan Qurban Qurbanov eyni zamanda zədəli Rəşad Sadıqovun da xidmətindən yararlana bilmir. Ayağında bir qədər ağrı olan Maksim Medvedev də sadəcə qaçışla yadda qaldı. 
Bu  itkilərinin fonunda əvəzedicilərlə oyuna  A komandası 11 nəfəri düzəltmək üçün 2-cilərdən Toğrul Bilallı və Təmkin Xəlilzadənin xidmətindən yararlanmalı olmuşdu. Komanda qapıçı Fərhad Vəliyev və Bojan Pavloviç  hər 2 hissədə fərqli kollektivlərin qapısını qorudu.
Qurban Qurbanovun komandası meydana belə çıxmışdı: Fərhad  Vəliyev, Zaur Həşimov, Kamil Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov, Namiq Yusifov, Nderim Nedzipi, Leonardo Roşa, Toğrul Bilallı, Georgi Adamiya, Bəxtiyar Soltanov.
Elçin Xudadatovun başçılıq etdiyi komanda isə görüşə bu heyətlə başladı: Bojan Pavloviç,  Fərid Baxışov, Azər Həbibov, Eyvaz Mərdanov, Emin Əliyev, Rəcəb Mahmudov,  Əliağa Xudiyev, Ülvi Rəfizadə, Elmin Əlizadə,  Ayaz Mehdiyev, Kamil Xanıyev

Görüş gözlənildiyi kimi böyüklərin üstünlüyü ilə keçdi. Görüşdə bütün qollar ilk yarıda vuruldu. Bəxtiyar Soltanov ilk və son qolu vurdu. Toğrul Bilallı və Nderim Nedzipinin fərqlənməsiylə  oyun 4:0 başa çatdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail