“Qəbələ”nin Avroliqa STATİSTİKASI

12.12.2016 | 3149 dəfə oxunub

Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatıb. Stadium.Az xəbər verir ki, ardıcıl 3-cü dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qəbələ” çıxışını dayandırıb.

Ötən mövsüm olduğu kimi qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürüb. İyunun 30-da ilk matçına çıxan komandamız dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırıb.

“Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar olub.

- “Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdır. “Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb. 
- Komandamız 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdır.
- “Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.
- “Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.
- Komandamız 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. “Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.
- “Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.
- Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. “Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.
- Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan “Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komandamız bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.
- Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən “qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.
- “Qəbələ” UEFA Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.
- Fransanın “Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən “Qəbələ” “Böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudur. Komandamız həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə “Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.
- Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan “Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komandamız 5 qol vurub, 14-nü buraxıb.
- “Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. “Qırmızı-qaralar” “Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.
- Futbolçularımız 1 het-trikə imza atıb. “Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.
- Yeganə dubl “Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadır.
- Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan “Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komandamız qapısından 10 top buraxıb.
- Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb. 
- Rəqiblərini 6 dəfə “Bakcell Arena”, 1 dəfə “Dalğa Arena”da qəbul edən komandamızın oyunlarını ümumilikdə 43273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6182-yə bərabər olub.
- 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçularımız 11 top buraxıb.

Bütün oyunlar
2016/17 mövsümü
UEFA Avropa Liqası

 

1-ci təsnifat mərhələsi
 

30 iyun. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1
Qollar: Vojislav Stankoviç, 16, Sergey Zenyov, 19, Teo Uiks, 30, 69, 72 // Laşa Serqelaşvili, 59
 

7 iyul. “Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1
Qollar: Budu Zivzivadze, 14 (pen.), Laşa Şerqelaşvili, 90+2 // Teo Uiks, 42
 

2-ci təsnifat mərhələsi
 

14 iyul. MTK (Macarıstan) – “Qəbələ” – 1:2
Qollar: Şandor Torqelle, 70 // Nika Kvekveskiri, 25, Filip Ozobiç, 63
 

21 iyul. “Qəbələ” – MTK (Macarıstan) – 2:0
Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37
 

3-cü təsnifat mərhələsi
 

28 iyul. “Lill” (Fransa) – “Qəbələ” – 1:1
Qollar: Rayan Mendeş, 47 // Vitali Vernidub, 13
 

4 avqust. “Qəbələ” – “Lill” (Fransa) – 1:0
Qol: Filip Ozobiç, 34
 

Pley-off mərhələsi
 

18 avqust. “Qəbələ” – “Maribor” (Sloveniya) – 3:1
Qollar: Sergey Zenyov, 37, Baqali Dabo, 50, 52 // Markos Tavares, 17
 

25 avqust. “Maribor” (Sloveniya) – “Qəbələ” – 1:0
Qol: Markos Tavares, 66
 

Qrup mərhələsi
 

15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
Qollar: Lukaş Teodorçik, 14, Rafael Santos, 41-öz qapısına, Dieqo Kapel, 77 // Baqali Dabo, 20
 

29 sentyabr. “Qəbələ” – “Maynts” (Almaniya) – 2:3
Qollar: Ruslan Qurbanov, 57-pen., Sergey Zenyov, 62 // Yoşinori Muto, 41, Con Kordoba, 68, Levin Öztunalı, 78
 

20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
Qol: Rikardinyo, 70-öz qapısına
 

3 noyabr. “Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2
Qollar: Ruslan Qurbanov, 39 // Usama Tannan, 45+1, Robert Beriç, 53
 

24 noyabr. “Qəbələ” – “Anderlext” (Belçika) – 1:3
Qollar: Rikardinyo, 15 (pen.) - Tilemans, 11, Massimo Bruno, 90, Lukaş Teodorçik, 90+4
 

8 dekabr. “Maynts” (Almaniya) – “Qəbələ” – 2:0
Qollar: Pablo De Blasis, 30, Aleksander Hak, 40

- Bu oyunlarda “Qəbələ”nin formasını 21 futbolçu geyinib.
- 4 futbolçu – Dmitti Bezotosnı, Rikardinyo, Filip Ozobiç və Vitali Vernidub bütün oyunlarda iştirak edib.
- Dmitti Bezotosnı və Rikardinyo 14 matçı əvəzolunmadan keçirib. Onlar Azərbaycan futbolu tarixinə bir mövsümdə avrokuboklarda ən çox dəqiqə (1260) keçirən oyunçular kimi düşüb.
- “Qəbələ”nin yerinə yetirdiyi 3 penaltidən 2-si qolla nəticələnib. Rikardinyo 2 zərbədən birini, Ruslan Qurbanov isə yeganə şansını qola çevirib.
- Dmitri Bezotosnının qapısına təyin olunan 2 zərbədən biri dəqiq olub.
- “Qəbələ”nin heyətində 9 futbolçu qol sevinci yaşayıb. Teo Uiks 5, Sergey Zenyov 4, Baqalo Dabo 3 , Ruslan Qurbanovla Filip Ozobiç hərəyə 2, Rikardinyo, Vitali Vernidub, Vojislav Stankoviç və Nika Kvekveskiri hərəyə 1 dəfə fərqlənib.
- Komandamızın ən yaxşı bombardiri Teo Uiks 5 qol vurmaqla Azərbaycan klublarının futbolçularının bir mövsüm üçün məhsuldarlıq rekordunu təkrarlayıb.
- “Qəbələ”nin 10 futbolçusu ümumilikdə 20 sarı vərəqə ilə cəzalanıb. Vitali Vernudub hamıdan çox – 4 dəfə xəbərdarlıq alıb.
- Komandamızın üzvləri 2 qırmızı vərəqə alıb. Teo Uiks birbaşa qırmızı, Rəşad Eyyubov 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb.
- “Qəbələ”nin oyunlarında 2 avtoqol qeydə alınıb. Rafael Santos və Rikardinyo öz qapısına qol vurub.

Bütün futbolçular
 

futbolçular   oyun dəqiqə qol sarı qırmızı

Dmitri Bezotosnı 14 1260 -21 0 0
Rikardinyo          14 1260 1 1 0
Filip Ozobiç      14 1199 2 3 0
Vitali Vernidub 14 1179 1 4 0
Vojislav Stankoviç 13 1154 1 3 0
Sergey Zenyov 13 1084 4 2 0
Teo Uiks           12 1050 5 0 1
Asif Məmmədov 12 396    0 3 0      
Baqali Dabo     11 933         3 0 0      
Nika Kvekveskiri 11 895         1 1 0      
Məhəmməd Mirzəbəyov10 900 0 1 0
Rəşad Sadiqov 10 819         0 0 0
Rafael Santos         8 511         0 0 0
Rəşad Eyyubov 8 181         0 0 1
Ruslan Qurbanov 6 389    2 1 0
Ürfan Abbasov 5 450          0 0 0
Elvin Camalov         5 41         0 0 0
Petar Franyiç      4 75         0 0 0
Tellur Mütəllimov 2 45         0 1 0
Roman Hüseynov 1 13         0 0 0
Qismət Alıyev         1 4         0 0 0

 

(klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail