"Bu cütün oyunları yarımfinala yox, finala yaxın matçlar olacaq”

12.12.2016 | 4297 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz” dekabrın 13-də “İnter”in qonağı olacaq. Stadium.Az xəbər verir ki, oyun öncəsi Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlama verib:

“Bizim futbolçuların zədədən dönməsi çox vacibdir. Ümid edirdim ki, zədəlilərdən ən azı ikisi qarşıdakı oyun üçün hazır olacaq və belə də oldu. Renan Alves və Azad Kərimovun zədəsi sağalıb, onlar artıq bir neçə gündür ki, komanda ilə birgə məşq edirlər. “Kəpəz” bir futbolçudan, o cümlədən Dario Frederikodan asılı komanda deyil. “Neftçi” ilə sonuncu çempionat matçımız bir daha göstərdi ki, meydançaya çıxan oyunçu layiqincə mübarizə aparacaqsa, nəticə də olacaq. Bu gün futbolda fərdlər yox, kollektiv qalib gəlir. Ustalıqla tək iş aşmır, istək və əzmkarlıq da lazımdır. Həvəsi olan komanda qalib gəlir. “İnter”lə cari çempionatda iki dəfə heç-heçə oynamışıq. Şanslar bərabərdir, həm rəqib, həm də biz kubokda israrlıyıq, irəli, özü də daha uzağa getmək istəyirik. Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur. “Kəpəz” olaraq son şansımıza qədər mübarizə aparacağıq. Mənə elə gəlir ki, bu cütün oyunları yarımfinala yox, finala yaxın matçlar olacaq”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail