“Sumqayıt Şəhər” növbəti oyuna itkilərlə çıxacaq

15.11.2011 | 4526 dəfə oxunub

Unibank Premyer Liqasının ötən turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanan “Sumqayıt Şəhər” növbəti oyunun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, bu barədə www.pfl.az saytına “Sumqayıt Şəhər” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib:
“Hazırda Andriy Popoviç və Bədavi Hüseynov Azərbaycan milli komandasının, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev, Hacı Əhmədov Azərbaycanın U-21, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov isə Azərbaycanın U-17 yığmasının düşərgəsinə cəlb olunublar. Bir çox futbolçunun komandanın düşərgəsində olmamasına rəğmən, hazırlıqlar davam etdirilir. “Sumqayıt Şəhər” noyabrın 12-də Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda əvəzedici heyətlə yoldaşlıq görüşü keçirib. Oyun 2:1 hesabı ilə Bernhard Raabın yetirmələrinin xeyrinə başa çatıb. Əsas komandanın heyətində Orxan Həsənov və Kamil Nurəhmədov, əvəzedicilərdən isə Aydın Qasımov fərqləniblər. Sabahdan etibarən U-17 və U-21 yığmamızın düşərgəsində olan futbolçular komandaya qayıdacaqlar. Bundan sonra “Simurq”la oyuna hazırlıqları davam etdirəcəyik. Zaqatalada qələbə qazanıb son pillədən çıxmağa çalışacağıq. Komandanın heyətində Abdulla Abatsiyev, Ramil Nuriyev, Rəşad Kərimov, Samir Abdulov, Ruslan Qurbanov və Sahil Kərimov zədəli olduğundan “Simurq”la oyunda meydana çıxa bilməyəcəklər. Bununla belə zədəsini sağaltmış Eşqin Quliyev və Orxan Həsənov artıq məşqlərə başlayıblar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail