Qriqorçuk: "Qələbəmizə mane olan məqamlar var idi"

17.12.2016 | 4054 dəfə oxunub

Premyer Liqasının XIV turunun “Qəbələ” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. 

Stadium.Az xəbər verir ki, ukraynalı mütəxəssisin oyunun ağır keçdiyini bildirib:

“Qalib gəlib, 3 xal qazanmağımızdan razı qaldıq. Bu 3 xalı ağır oyunda əldə etdik. Meydanda çox şey baş verirdi. Qələbəmizə mane olan məqamlar var idi. Lakin qələbə qazana bildik. Futbolçularıma təşəkkür edirəm. Gözəl oyun nümayiş etdirdilər. Qələbəmiz tam qanunauyğun idi. Artıq növbəti oyuna AZAL-la kubok matçına hazırlaşa bilərik. Bu dəfə əvəzetmələri tez gerçəkləşdirməyimiz səbəbsiz deyildi. Filip Ozobiçin əzələsində ağrılar var idi. Hətta fasilədə onun özündən matçı davam etdirə biləcəyini soruşdum. Bu üzdən onu tez əvəzlədik. İmkanlardan istifadə ilə bağlı daim futbolçularla danışırıq. AZAL-la qarşılaşmadan sonra azı 10 qol imkanını qaçırdığımızı demişdim. Təkrara baxanda bu rəqəmin daha böyük olduğunu gördüm. 

Təkcə Sergey Zenyov 7 qol vura bilərdi. Məhz bunun da üzərində çalışacağıq. Çünki bu amil önəmlidir. Bu, ustalığın göstəricisidir. Bugünkü “Qarabağ”  - “İnter” oyununun necə olacağını deyə bilmərəm. Bu görüş hələ heç nə demək deyil. Hər iki komanda ilə qarşıda oyunlarımız var. Bizim üçün də vacib olan bu qarşılaşmalardır. Çempionatın yarısı hələ qarşıdadır”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail