"Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq"

19.12.2016 | 3145 dəfə oxunub

“Müdafiə futbolu oynayan və bütünlüklə qapanan komandalara qarşı oynamaq həmişə çətin olur. Amma “Kəpəz” haqda bu sözləri demək olmaz. Gəncə təmsilçisi oyunun müəyyən kəsiyində müdafiəyə çəkilir, müəyyən hissələrində isə hücumlar təşkil edirdi. Onlar da bizə qapımız önündə kifayət qədər çətinlik yaşada bildilər”.  

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının XIV turunda “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar”ın hücumçusu oyunla başlı fikirlərini klub saytı ilə bölüşüb:

“Ümumiyyətlə “Kəpəz” çox yaxşı komandadır. Bu üzdən onlara qarşı görüş də çətin alındı. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirdik. Bunun sayəsində də vacib 3 xal qazandıq. Əsas odur ki, qələbə qazana bildik. Əslində, bu qarşılaşmada hesab daha böyük ola bilərdi. Lakin imkanlardan istifadənin üzərində hələ də çalışmalıyıq. Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq. İndi qarşıdakı kubok oyununu düşünməliyik. Artıq AZAL-la matça hazırlaşa bilərik”.

Qurbanov rəqibin qapısına təyin olunan penaltini yerinə yetirməsi və mövsümün ilk yarısındakı çıxışı haqda da fikirlərini bildirib:

“Penaltini yerinə yetirməyimə gəlincə, komandamızda bütün futbolçular bu işin öhdəsindən gələ bilir. Budəfəki qarşılaşmada belə zərbəni Filip Ozobiçin yerinə yetirməsi qərara alınmışdı. İlk penaltini də o vurdu. Lakin xorvatiyalı əvəz olunduğundan topa mən yaxınlaşdım. Özümə güvəndiyimdən dəqiq oynayıb, qələbə qolunu da vurdum. Komandamızın və şəxsən özümün mövsümün ilk yarısındakı çıxışından razıyam. Amma hələ üzərimizdə çox çalışmalıyıq. Bunu etdikdən sonra hər şey daha yaxşı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail