Şahin Diniyev niyə tənqid edilir?: Sağlam jurnalist fikrinə görə, yoxsa menecerdən futbolçu almadığı üçün?

19.12.2016 | 3263 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev yenə qınaq obyektinə tuş gəlib. Təbii ki, bu da kiminsə şəxsi prinsipləri üzündəndir. Bunu da yavaş-yavaş izah edim. İş ondadır ki, Şahin Diniyev “Qızıl top” mükafatı “goal.az” saytına açıqlama verib və bildirib ki, bu mükafatın qalibi olan Kriştianu Ronaldonu titula layiq deyil. Şahin müəllim fikrini də belə əsaslandırıb.

“Şəxsən mənə görə, seçimdə müəyyən boşluqlar var. Düzü, Ronaldonun ilin ən yaxşısı olduğunu düşünmürəm. Zədə və başqa səbəblərə görə, ötən mövsümlərə nisbətən zəif təsir bağışladı. Amma Çempionlar Liqası və AVRO-2016 qalibiyyəti onun "Qızıl top"a sahib çıxmasına imkan verdi. Mənə elə gəlir ki, geridə qalan il Messi həm "Barselona", həm də Argentina millisində daha güclü futbol oynadı. Eyni zamanda Fransa millisini Avropa çempionatının finalına çıxaran Qrizmann da qeyd olunmalıdı. Fransızların çempion olmamağı onun da individual mükafat şanslarını azaltdı. Komanda uğurlarına görə ən yaxşı futbolçu seçmək kriteriyası aradan qaldırılmalıdı".

 Hansısa Ronaldo azarkeşi bu fikirlərlə razı olmaya bilər, amma Diniyev həqiqətən fikrini  çox tutarlı məqamlarla əsaslandırıb. Portuqaliya millisinin Avropa çempion olmasında Ronaldonun milliyə verdiyi xeyir Pepe, Nani və Kuarejmanın gördüyü işin heç yarısı qədər də deyildi. Ancaq Ronaldo azarkeşlərinin və reklamının sayəsində bu çempionatda yenə “ən yaxşı” idi. Ronaldo heç finalda da oynamadı, zədə alaraq oyunu kənardan izlədi... kənardan da kifayət qədər “aktyorluq” bacarığını nümayiş etdirdi.

“Real”ın Çempionlar Liqasının qalib olmasında isə Ronaldo ən çoxu Benzema qədər komandaya xeyir vermişdi və Pepe və Ramosdan yenə geri qalırdı.

İndi bütün bunların fonunda Şahin Diniyev hələ yaşını və məşqçi olmasını nəzərə alaraq Ronaldo haqda daha mülayim tənqidi fikirlər səsləndirib.

Həqiqətən də Messinin Argentina, Qrizmanın isə Fransa millisində gördüyü işlər daha çox xə xeyirli idi.

İndi hansısa menecer və ya jurnalist Diniyevin bu fikirlərini əlində bayraq edərək onu tənqid edib və bildirib ki, Şahin müəllimin məşqçilik lisenziyası əlindən alınmadı. İnsan əvvəl özünə sual verməlidir ki, mən Diniyevi jurnalist kimi tənqid edirəm, yoxsa menecer kimi. Öncə bunu aydınlaşdırmalıdır. Jurnalist kimi tənqid edirsə, heç bir ixtiyarı yoxdur ki, kimisə məşqçilik lisenziyasının əlindən alınması qədər ciddi, hətta qarşı tərəfi alçadacaq qədər fikir səsləndirsin.

Yox, menecer kimi tənqid edirsə, bu da yanlışdır. Çünki Diniyev hər menecerdən futbolçu götürmək kimi bir öhdəlik sahibi deyil. Təbii ki, bu tənqidin kökündə də məhz sonuncu  amil dayanır.

Menecerliyi jurnalistika ilə qarışdırmayaq. Kim nə iş görürüsə, bu fikrində azaddır və insan bir neçə iş də görə bilər. Ancaq malı-mala qatanda və bu məqam kənardan baxanda Çakırbəyli demişkən “şahsi alqılanırsa” demək, sənət prinsiplərini qorumaq azımdır.

Şahin Diniyevi bu məqama görə tənqid edən digər jurnalistlərə gəlincə. Diniyev hələ Azərbaycan millisinin baş məşqçisi olduğu zaman “futbol oynamaq üçün həm də ağıl lazımdır” deyəndə “ağıl futbol oynamağın nəyinə lazımdır” deyən “jurnalistər” indi bu fikri də tənqid edə bilərlər. Çünki ağıl olardan uzaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail