"Trabzonspor" rəsmisi: "Şeydayevin komandadan gedişi gündəmdə deyil"

19.12.2016 | 3431 dəfə oxunub

Türkiyənin "Trabzonspor" klubu  milli komandamızın futbolçusu Ramil Şeydayevinin qış transfer pəncərəsində komandadan ayrılacağı ilə ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Stadium.Az xəbər verir ki,  Trabzon təmsilçisinin mətbuat katibi Can Karyağdı “Report”a açıqlamasında hazırda Ramil Şeydayevin komandadan göndərilməsinin gündəmdə olmadığını söyləyib.

C.Karyağdı bildirib ki, komandanın baş məşqçisi Ersun Yanal gənc forvardla bağlı hələ hər hansı qərar verməyib: "Bizim komandanın baş məşqçisi və idarə heyəti var. Hələ nə baş məşqçimiz Ersun Yanal, nə də idarə heyəti futbolçunun icarəyə verilməsi və ya göndərilməsi ilə bağlı hansısa qərar verib. Bu gün üçün Şeydayevin komandadan gedişi gündəmdə deyil. Qış transfer pəncərəsində nələrin olacağını isə indidən deyə bilmərəm".

Klub rəsmisi 19 yaşlı hücumçunun "Neftçi"də çıxış edəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bir daha qeyd etmək istəyirəm baş məşqçimiz futbolçudan narazı deyil və onun hər hansı kluba keçidi müzakirə olunmur".
 
Qeyd edək ki, "Trabzonspor"da start heyətində möhmlənə bilməyən Ramil Şeydayevin qış transfer pəncərəsində icarəyə veriləcəyi bildirilir. Futbolçunun adı Bakının "Neftçi" klubu ilə yanaşı çəkilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail