Sadıq Sadıqov: "Peter Zayzenbaxer bizim baş məşqçimiz deyil"

21.12.2016 | 7114 dəfə oxunub

"Əvvəl də demişəm ki, Peter Zayzenbaxer bizim baş məşqçimiz deyil. Qaçıbsa, mən nə edə bilərəm? Bizim müqaviləmiz vardı. Müqavilə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qədər idi. Olimpiadadan sonra Peterlə müqavilənin müddəti bitdi".
 
Stadium.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov milli komandanın sabiq baş məşqçisi Peter Zayzenbaxerin Avstriyada davam edən məhkəməsi haqda danışarkən deyib.

Sadıqov təcrübəli mütəxəssislə cinsi zorakılıqla bağlı davam edən məhkəmə prosesinin nəticəsi məlum olduqdan sonra danışacaqlarını söyləyib:

"Məhkəmə prosesinə əsasən, bütün məsələləri saxladıq ki, hər şey həllini tapandan sonra yenidən baxaq. Zayzenbaxerin özünün dediyinə görə, ona şər atıblar. Biz də insan kimi ona inandıq, amma məhkəmənin qərarını gözləyirik. Hələ heç nə bilinmir. Hazırda onunla müqaviləmiz yoxdur. Hər şey müsbət həll olunsa, gəlsə, müqaviləyə yenidən baxılacaq. Orada şərtlər var. Bəlkə heç onunla razılaşmadıq?! Bəlkə onun buraya gəlişi alınmadı?! Məhkəmənin qərarından sonra bütün məsələlərə baxacağıq".
Federasiya rəsmisi P.Zayzenbaxerlə əlaqə saxlamadıqlarını da bildirib: "Onunla danışmamışam. Vəkili Zayzenbaxeri tapa bilmirsə, biz necə danışaq? Yenə deyirəm, onunla söhbətimiz yalnız məhkəmə prosesi başa çatandan sonra olacaq".
 
Peter Zayzenbaxer azyaşlı qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Hazırda baş məşqçinin məhkəmə prosesi davam edir. Ötən gün Avstriya mətbuatı Zayzenbaxerin məhkəmədən yayındığını, hətta vəkilinin belə onu tapa bilmədiyini yazıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail