Bok millimizə əcnəbi baş məşqçi gəlir

29.12.2016 | 3330 dəfə oxunub

Azərbaycanın boks üzrə milli komandası yenidən əcnəbi baş məşqçiyə həvalə olunacaq. Stadium.Az xəbər verir ki, bu barədə "Report"a federasiyanın baş katibi Nağı Səfərov məlumat verib.

Onun sözlərinə görə, hazırda bir neçə ölkədən olan təcrübəli mütəxəssislə danışıqlar aparılır. Lakin N.Səfərov konkret adlar açıqlamayıb: "Yeni baş məşqçi Rusiyadan da, Avropanın digər ölkələrindən də, hətta Amerikadan da ola bilər. İstəməzdik ki, indidən adını və ölkəsini açıqlayaq, danışıqlar nəticə vermədikdə isə arzuolunmaz durum yaransın. Amma namizədlərin hamısı zəngin karyeraya malikdirlər. İnanıram ki, yaxın vaxtlarda məsələ müsbət həll olunacaq və yeni baş məşqçimizi açıqlayacağıq".

Federasiya rəsmisi İrlandiya yığmasının baş məşqçisi Zaur Antia ilə danışıqların alınmamasının səbəbini də açıqlayıb. O bildirib ki, gürcüstanlı mütəxəssisin özü hələ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları zamanı yaxınlaşaraq, Azərbaycan millisində çalışmaq istədiyini bildirib. Lakin İrlandiya Boks Federasiyası onu buraxmayıb. Bununla da məsələ qapanıb.

Azərbaycan yığmasının əvvəlki baş məşqçi Pedro Roke "Rio-2016"dan sonra istefaya göndərilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail