"Neftçi"nin kubokları oğurlanıb, yoxsa daha yaxşı qorunur? - YAZI

29.12.2016 | 3999 dəfə oxunub

Çox vaxt “atalar sözləri”ylə razı olmasam da, ara-sıra bu rəhmətliklər də düz sözlər deyiblər.  Məsələn, “aşığın sözü qurtaranda “daley-daley” deyər demişlər. Buna oxşar “saqqızı qurtarıb, p.. çiynəyir” sözü də pis deyil.

Arada-bərədə hansısa axmağa aid etmək də olur bunu.

Axmaqdan söz düşmüşkən, axmaq-axmaq yazılar da yazılır yenə, mətbuatda. 3-5 manata görə az qala vicdanının dibin eşib satan insanlar, bu peşənin adına xələl gətrəkdən usanmırlar.

“Neftçi”də vəziyyət bərbaddır. Klubda kimin rəhbər olması bu aralar bəlli deyil. Klub konkret olaraq “adsız dəyirmandı”. Komanda üçün əlaqə yaratmaq istədiyimiz Elnur Məmmədov, Çingiz Abdullayev yoxa çıxıblar. Yəqin, dərin yuxuya gediblər, bir qədər urusca fikirləşirlər ki, sora ortaya çıxıb Azərbaycanca danışsınlar. Klub bataqlığa dönüb. Kimin zadı kimin şeyindədir bilinmir. Təbii ki, bu cür soxasoxda fikirləri yayındırmaq da lazımdır. Bunu isə “Neftçi”də cavabdeh şəxslər mətbuat vasitəsiylə edirlər. Kimsə ortaya söz atıb ki, sən demə, “Neftçi”nin 18 kuboku var imis, bunun da 5-in klubun eks prezidenti Sadıq Sadıqov oğurlayıb. Bunu Sadıq Sadıqov, oğurlayıb, oğurlamayıb, lap cibinə qoyub aparıb, mənə nə? Söhbət də elə bundadır. Bəs sənə nə? Niyə qeyd etdiyiniz itən 8 kubokdan məhz 5-nin Sadıqovda olduğunu və onun buları oğurladığını qeyd edirsiz? Düzgün insan yerdə qalan 3 kubokunda haqda olduğunu araşdırmazmı? Bəs bu mövzunu təlimatlandıran klubdakılar o 3 kubokun harda olduğunu demədilərmi?

Bu ağzıgöyçəklərə demək lazımdır ki, oğurluq mal gizlində saxlanar, gətirilib hansısa idarədə yuxarı başa qoyulub, hər gələndə önündə şəkil çəkdirib nümayiş etdirməz? Oğurluq kubok xəlvətdə saxlanar, cənablar! Bunu bilməmək üçün gərək, 4 ayaqlı balacaboy olasan!

Digər tərəfdən isə “Neftçi” klubuyla Sadıq Sadıqovun hazırda çalışdığı və rəhbəri olduğu “Neftçi” İctimai Birliyinin sponsoru SOCAR-dır. Hazırda Sadıq Sadıqovun oturduğu  “Neftçi” İctimai Birliyi isə baş idarə hesab edilir. Odur ki, sahibi bir olan iki qrumun arasında oğurluq da olmaz! Demək, hər şey nəzarətdədir.

Heç inanmıram da, S.S o kubokları özəlləşdirə. Sadıq Sadıqovda kifayət qədər Olimpiya medalları, qızılları var, ölkə çempionluğu və kubokunun kubokunu nə üçün şəxsiləşdirsin ki? Sadıq Sadıqov ağıllı adamdır. Yəqin, klubdan ayrıldığı zaman bu kuboklara qıymayıb, itib0-batmasına göz yummayıb.  Özüylə aparıb ki, özündən sonra gələcək xələfi olan Çingiz Abdullayevin tikdirib inşa etdirəcəyi “Neftçi”nin muzeyinin açılışına gələndə, özüylə klubun dəyərlərini də gətirsin. Onun bu uzaqgörənliyi olmasa, indi bu koboklar çoxdan itin-qurdun arasında it-bata düşmüşdü. Necə ki, o ortada olmayan 8 kubokdan 3-nün yerini bilən yoxdur. Heç olmaya, S.S-də olanlar göz qabağındadır. Kişi, kişi kimi gizlətmir, kuboku aparsa da, evində gizlətməyib. Baş idarədə başda yerləşdirib.

İndi bax bu məqamda bəzilərinin başına yerləşməlidir ki, oğurluq kubok ortalıqda olmur, gizlində saxlanılır. Necə ki, hazırda Çina özü gizlinə pərçim olub.

P.S. Gərək, gedib şəkildə görünən kuboklarla maraqlanılsın. Baxılsın ki, o kuboklardan, ümumiyyətlə əsas komandaya aid olan var? Ya çoxu eleə uşaq futbolunun yetirmələrinə verilən 100-150 manatlıq oyuncaqlardır?!  

Vüsal Hacı  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail