Nelson Bonilla: "Portuqaliya və Azərbaycan çempionatları arasındakı fərq elə də böyük deyil"

29.12.2016 | 4051 dəfə oxunub

“Bu il mənim üçün uğurlu oldu. 12-si “Zirə”, 3-ü milli və 3-ü “Nasional”ın heyətində olmaqla ümumən 18 qol vurdum”.

Stadium.Az xəbər verir ki, bu sözləri hazırda Portuqaliyanın “Nasional” klubunda çıxış edən Nelson Bonilla “Elsalvador” nəşrinə müsahibəsində deyib.

Salvador millisinin futbolçusu deyib ki, “Zirə”də ona daha çox şans veriblər: “Baş məşqçi mənə inanırdı. Mənim Azərbaycan çempionatında çıxış etməyim sonradan Portuqaliyada oynamağa kömək etdi. Orada mənə kömək edən insanlara təşəkkür edirəm. Onları sevgi ilə xatırlayıram. Bilirəm ki, həm Azərbaycanda, həm də bir vaxtlar çıxış etdiyim Rumıniyada qapılar mənim üzümə həmişə açıqdır”.

O bildirib ki, Portuqaliya çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasının səviyyəsindən üstündür: “Amma aradakı fərq elə böyük də deyil. Çünki Azərbaycanda Avroliqanın qrupunda oynayan və Çempionlar Liqasının qrupuna düşmək istəyən komandalar var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail