"Stop" deməyin, yeni "Stoper" var - 14 - Bəxtiyar Həsənalizadə
Rəşad Sadıqov adı futbolumuz üçün sıradan bir ad
deyil. Hər zaman oyunu, əzmkarlığı, peşəkarlığı ilə yaddaşımıza həkk olan Rəşad,
artıq karyerasının son illərini, nə bilmək olur, bəlkə də son ilini yaşayır.
Hər kəsin sevimlisi olan Rəşadın, futboldan ayrılması
bizlərə nə qədər ağırdısa, onu əvəz edə biləcək birinin hələ də olmaması ölkə
futbolu üçün daha acınacaqlı bir durumdur.
Futbol camiəsində "onu kim əvəz edə bilər?"
sualı hər kəsi düşündürür. Eləsi var, ümumiyyətlə namizədi yoxdur, namizədi
olanlar da, hərə bir variantı irəli sürür. Rəşada əvəzləyici gözündə gördüyüm və
haqqında bəhs edəcəyim şəxs "Sumqayıt"ın mərkəz müdafiəçisi Bəxtiyar
Həsənalizadədir. Bəxtiyar, artıq uzun müddətdir Premyer Liqada çıxış edir. Bəxtiyarın
Premyer Liqada 110 oyunluq təcrübəsi var. Kifayət qədər tərbiyəli futbolçudur.
Mətbuatla münasibəti ən üst səviyyədədir. Nə meydanda, nə də ondan kənarda
hansısa mənfi hərəkətinə rast gəlməmişəm, heç eşitməmişəm də. Başını aşağı
salıb, daim öz oyunu ilə məşğuldur. "Sumqayıt"ın əsas komandasına elə
komandanın öz əvəzedici heyətindən dəvət alıb. Bernhard Raabın vaxtında əsas
komanda debut etsə də, Aqil Məmmədovun məşqçiliyi dövründən davamlı olaraq əsas
heyətin üzvüdür. "Sumqayıt" komandasına bir neçə məşqçi gəlib getsə də,
hər hansı biri ilə problemi əsla olmayıb.
Demək olar komandaya gəldiyi gündən stabil olaraq əsas heyətin üzvünə çevrilib. Meydandakı oyununda, Rəşada oxşar cəhətləri də kifayət qədərdir. Rəşad kimi sürüşmə fəndini səliqəli, səhvsiz yerinə yetirir. Yerli müdafiəçilərimizdə ən axsaq cəhət geridən oyuna başlamaq məharətinin zəif olmasıdır. Bu, hər birimizə məlumdur. Amma Bəxtiyar Rəşad kimi oyunu öz üzərinə götürüb, mübarizəyə geridən başlamaq qabliyyətinə sahibdir. Rəşadın soyuqqanlı müdaxilələrinə kifayət qədər şahid olmuşuq. Bənzər müdaxilələr Bəxtiyarda da kifayət qədərdir. Ən vacibi stabil oyuna sahib olmasıdır. Rəşad kimi o da hər hansı səhvdə sınmır, əksinə, özündə güc tapıb növbəti oyunda daha yaxşı çıxış etməyi bacarır. Bəxtiyar da Rəşad kimi 14 nömrəli futbolkada çıxış edir. Bu an üçün Bəxtiyara lazım olan, daha üst səviyyə komandalarımıza getmək və səviyyəsini artırmaq üçün daha səviyyəli futbolçularla bir yerdə çalışmasıdır.
Yeni Rəşadı gözləmək yox, olana dəstək olmaq, inkişafına zəmin yaratmaq lazımdır. O zaman Rəşadın gedişi bu qədər boşluğa səbəb olmaz. Bu isə Bəxtiyardan çox, digər klub başbilənlərimizin üzərinə düşən işdir. İnanaq ki, belə potensiala sahib olan Bəxtiyarın karyerası "Sumqayıt"la məhdudlaşmayacaq.
Xanoğlan İmanov
Aşağıda təqdim etdiyimiz videorolikdə isə Bəxtiyarın sadaladığımız bəzi özəlliklərini - ütün keyfiyyətlərini görə bilərsiz:
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |