Rövnəq Abdullayev: "Belə möhtəşəm və mühüm tədbiri Azərbaycanda keçirdiyiniz üçün..."

06.01.2017 | 3113 dəfə oxunub

Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar başlayıb.


Goal.az xəbər verir ki, yanvarın 6-da start götürən seminarda 99 ölkədən 370 nümayəndə heyəti iştirak edir. İki gün davam edəcək beynəlxalq seminar Heydər Əliyev adına İdman Sarayında keçirilir.
Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer arasında görüş keçirilib. R.Abdullayev və M.Vizer görüşdən sonrajurnalistlərin suallarını cavablandırıb.
Daha sonra seminarın açılışı olub. Açılışda çıxış edən R.Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük bir tədbirin Bakıda keçirilməsindən şərəf duyduqlarını bildirib. O, belə tədbirin keçirilməsini Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib: 

“Cüdo dünyada ən inkişaf etmiş idman növlərindən biridir. Son illər bütün dünyada cüdoya olan maraq artıb. Əlbəttə ki, belə bir idman növünün hakimlik və yarış qaydalarında dəyişikliklərin edilməsi, yeni qərarların verilməsi bütün dünya cüdo ictimaiyyətinin diqqət mərkəzindədir. 99 ölkədən 370 nümayəndənin,cüdo mütəxəssislərinin iki gün ərzində keçirəcəyi seminardakı qərarlar cüdonun gələcək inkişafı baxımından vacibdir. Nəzəri və praktik hissələrdə keçiriləcək seminar bizim azərbaycanlı mütəxıssislər, hakimlər və məşqçilərimiz üçün önəmlidir. Azərbaycan Cüdo Federasiyası fəaliyyət proqramında dünya cüdo ailəsində önəmli yer tutmaq niyyətindədir. Bu gün cüdo Azərbaycanda çox sevilir və idmançılarımızın qazandığı uğurlar idmanın bu növünə olan sevgini daha da artırır. Sevindirici haldır ki, bu gün üç çəki dərəcəsində cüdoçumuz dünya reytinq cədvəlinə başçılıq edir.

Belə möhtəşəm və mühüm tədbiri Azərbaycanda keçirdiyiniz üçün Beynəlxalq Cüdo Federasiyasına, şəxsən cənab Vizerə təşəkkür edirəm. Seminar iştirakçılarına iki günlük müzakirələrdə uğurlar arzulayıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail