Azərbaycanlı Olimpiya çempionu gecə klubu açıb

07.01.2017 | 3459 dəfə oxunub

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandırdığı Qazaxıstanda gecə klubu açıb.

Stadium.Az xəbər verir ki, ARENA adlanan əyləncə məkanı Taldıkorqan şəhərində yerləşir.

Təqdimat mərasiminə ölkənin tanınmış xanım idmançılarından Svetlana Podobedova və Karina Qoriçeva da qatılıb. Rəhimov gecə klubunu belə təqdim edib: "Sizi unikal işıqlandırma sistemi, baş verənlərin mərkəzində olmağa şərait yaradacaq ən yaxşı səs gözləyir. Əlbəttə, peşəkar şef-aşpazdan isti yeməklər də öz yerində. Geniş içki seçimi sizi laqeyd vəziyyətdə qoymayacaq. ARENA - klub həyatı üslubunun dəqiqliklə izlənildiyi yeni gecə klubudur".

ARENA-ya giriş qızlar üçün tam pulsuzdur. Oğlanlar isə 1500 tengə (təqribən 8 manat) giriş haqqı ödəməlidirlər. Depozit haqqı adambaşı 3000 - 4000 tengə, qəlyan 4500 tengə təşkil edir. Klub saat 20:00-dan gecə saat 5:00-dək işləyir.

"Rio-2016"da 77 kq çəki dərəcəsində qazandığı qızıl medal qarşılığında Nicat Rəhimov Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən 25 min dollar və Astanada 3 otaqlı mənzil alıb. O, rəsmən Atırau şəhər sakini sayılsa da, Almatıda Qazaxıstan İdman və Turizm Akademiyasının 3-cü kursunda təhsil alır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail