"Səbail"in Bakıda və Türkiyədə oynayacağı rəqiblər bəlli oldu

07.01.2017 | 3706 dəfə oxunub

İkinci dövrənin hazırlıqlarının ikinci hissəsinə artıq iki gündür ki, start verən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri məlumdur.

Stadium.Az xəbər verir ki, yanvarın 10-da MOİK ilə qarşılaşacaq "aslanlar" yanvarın 12-də "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcək.

Hər iki oyun Bayıl Arenada keçiriləcək.

Yanvarın 14-dən etibarən Antalya toplanışına start verəcək komanda Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Sınaqçı rəqiblərdən ikisinin adı artıq məlumdur.

Yanvarın 19-da "Səbail"in ilk rəqibi "Kyran" (Qazaxıstan) komandası olacaq. Yanvarın 26-da isə komanda gücünü Macarıstan "Szeged"i ilə sınayacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki, dəqiqləşməyib.

"Səbail" transfer çalışmalarını da davam etdirir. Komandaya qoşulacaq yeni oyunçuların adları Antalya toplanışından əvvəl ictimaiyyətə açıqlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail