Qriqorçuk: "Yeni futbolçular haqqında heç nә danışa bilmәrәm"

09.01.2017 | 3897 dəfə oxunub

"Qәbәlә" qış fasilәsini yanvarın 9-da başa vuraraq Antalyada tәlim-mәşq toplanışına başlayacaq.

 Stadium.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş mәşqçisi Roman Qriqorçuk toplanış oyunöncәsi "Qafqazinfo"ya açıqlama verib. Ukraynalı mütәxәssis әvvәlcә Araz Abdullayevin transferindәn danışıb:

"O,  maraqlı futbolçudur. Bizim komandaya uyğun oyunçudur. Mәni onda olan hәr şey qane edir. Çox şadam ki, Araz Abdullayev bizimlә müqavilә bağladı".

Qriqorçuk Abdullayevin xarakterindә problem olmasına belә münasibәt bildirib:

"Onun "Neftçi"dәki problemlәrinə heç bir şey deyә bilmәrәm. Amma "Qәbәlә"yә gәlibsә, bütün qaydalara uymalıdır. Bizim komandada daxili qaydalar var. O da mütlәq bunlara riayәt etmәlidir. Fikrimcә, hәr şey qaydasında olacaq".

Tәcrübәli mәşqçi Petar Franyiçlә bağlı fikirlәrini dә bölüşüb. O, hәlә dә özünü sübut edә bilmәyәn xorvatiyalı haqqında fikrini tam dәqiqlәşdirmdiyini sözlәrinә әlavә edib:

"Onun haqqında çox danışa bilmәyәcәm. Onun haqqında sonra danışacam. Çünki Petar özünü tam sübut edә bilmәdi. O hәlә dә komandaya tam uyğunlaşa bilmәyib. Çәtinlik çәkir. Bir müddәt ona şans vermәk lazımdır. Bundan sonra fikirlәrim tam dәqiqlәşәcәk. Hәlәlik Franyiç "Qәbәlә"nin futbolçusudur".

Çalışdırıcı heyәtә yeni futbolçuların cәlb edilmәsi haqqında da danışıb:

"Yeni futbolçular haqqında heç nә danışa bilmәrәm. Bununla komandanın menecerlәri maraqlanır. Yalnız müqavilә imzalanandan sonra bu futbolçular haqqında fikrimi deyәrәm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail