“Neftçi” rəhbərliyinin büdcə yalanı - TAHİR SÜLEYMANOV YAZIR

11.01.2017 | 1504 dəfə oxunub

"Çıxıb açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur?"

Bu gün mətbuatda "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadənin müsahibəsini oxudum. Bildirir ki, yaxın keçmişdə "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb və o dönəmlə indikini müqayisə edə bilməzlər. Ta bu uğurlar təkrarlanmayana qədər. Əslində bura qədər hər şey yerində idi. Amma...

Orxan Hüseynzadə dərhal da vurğulayır ki, klubun o vaxtkı (yəni bizim “Neftçi”də çalışdığımız dövrdə) büdcəsi indikindən düz 6 (!) dəfə çox idi. Heyrət etməyə bilmirsən!

Həmin Orxan Hüseynzadənin söz açdığı dönəmdə “Neftçi” ardıcıl ölkə çempionluqları, kuboklar qazanıb, futbol tariximizdə ilk dəfə, Avropa Liqasının qrupuna düşüb. Həmin uğurların bu gün də təkrar olmasını ürəkdən istəyirik. Amma istəyin gerçəkləşməsi üçün iş də görmək lazımdır. 8 komandalı çempionatda 7-ci yerdə gedən komandanın rəhbərliyi özünü bizimlə deyil, ən yaxşı halda Gede vaxtında 8-ci yerlə və həmin dönəmin büdcəsi ilə müqayisə edə bilər. O vaxtda, elə indi də eyni havadarların "xeyir-duası" ilə "Neftçi"ni bu günə qoydular. Yoxsa demək istəyirlər ki, pulları olsaydı, indi Çempionlar Liqasının qrupunda idilər? Gedib, başbilənlərindən soruşsunlar ki, o büdcə ilə niyə 8-ci yerdə idilər.

Futbolu bilmək, işi bacarmaq lazımdır, 7-ci yerdə ola-ola havaya 6 dəfə asqırmaq yox...

Fikirimizi bildiririk, məsləhətlərimizi veririk. İstəyimiz ancaq "Neftçi"nin layiq olduğu yerdə olmasıdır. Bəs, “Neftçi” rəhbərliyində bu nə xofdur, yaranıb? Məqsədləri nədir? Bu mənasız açıqlamalarla elə sponsorlarını hədəfə alırlar. Həmin dönəmdə də, indi də eyni maliyyəçilər "Neftçi"yə nəzarət edirlər. Qoy, çıxıb onlar açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur? Niyə xalqı aldadırlar? Niyə demirlər ki, Sadıq Sadıqovun “Neftçi”nin prezidenti olduğu dönəmdə klub milyonlar qazanıb və Avroliqanın qrupuna düşdüyü üçün qazanılan milyonlar hansı müddətə "Neftçi"nin hesabına köçürülüb? İndiki rəhbərlik çox əziyyət çəkməsin, gedib elə öz havadarlarından soruşsun, onlar dəqiq cavab verəcəklər.

Biz "Neftçi"yə gəldiyimiz gündən ta sona qədər nə keçmişlə, nə maliyyə ilə bağlı heç bir  açıqlama vermədik. Çünki pul yox, uğur qazanmağa gəlmişdik. Şəffaflıqdan danışırlar, bu mövsüm transfer olunan 13-15 (!) legionerin qiymətlərini açıqlasınlar! Və onu da açıqlasınlar ki, bu legionerləri federasiyada əyləşən hansı "menecer"in xətti ilə gətirirlər. AFFA hara, klublara futbolçu gətirmək hara...


"Neftçi"nin istedadlı yetirmələrini didərgin salıb onlarla səviyyəsiz futbolçu transfer ediblər. Hanı bu klubun strategiyası, hanı klubun yeni yetirmələri? Biz heç vaxt çempionluqlar qazanaraq bir mövsümə 14-15 legionerdən istifadə etmədik. Qruplarda 19-21 yaşlı futbolçularımız çıxış edirdi. Ağıllı klub 15 legionerə verilən vəsaitə 5-6 səviyyəli futbolçu transfer edir və onların yanında öz istedadlı yetirmələrini oynadır. Necə ki, bizim dönəmdə belə idi...

İndikilər futbola 5-10 ildi gələn təsadüfi insanlardır. "Neftçi"ni tarixi uğurlara daşımaq üçün futbolun dərinliyini, incəliklərini bilmək lazımdı. Bunlar "Neftçi"ni elə nüfuzdan salıblar ki, rəhbərlərini tribunadan qovurlar.

"Neftçi" və ümumi futbol bizlərindi. İndi o klubun rəhbərliyində toplaşanlar çox cavan və futbolda təsadüfi, təcrübəsiz insanlardır. Və yalnız futbolda naşı adamlar bu cür ehtiyatsız, düşəncəsiz açıqlamaları ilə öz havadarlarını, rəhbərlərini "vura” bilərdilər.

Sonda “Netçi” rəhbərliyinə bir məsləhətim var: sələflərinizin səhvlərini təkrarlamayın! Meydanda məğlub olmağınız təbiidir, futbolu bilmirsiniz, heç olmasa 5-6 ay sizi "Neftçi"yə gətirən havadarlarınızı da məğlub etməyin.

Tahir SÜLEYMANOV

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.11.2017

02:08  "Qəbələ" "Neftçi" səfərində - YENİLƏNİR

01:05  "Neftçi" - "Qəbələ": 41-ci duel - STATİSTİKA

18.11.2017

22:19  PSJ - "Nant" - 4:1 VİDEO

14:42  "Kəpəz" - "Səbail" - HEYƏTLƏR

13:02  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12:56  "Keşlə" - "Zirə" - HEYƏTLƏR

17.11.2017

17:42  "Qarabağ" - “Sumqayıt” - HEYƏTLƏR

16.11.2017

15.11.2017

11:35  Azərbaycan - Kosova 0:0 VİDEO

14.11.2017

13.11.2017

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. İnter 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10İnter 0-2Qarabağ
20.10Səbail -İnter
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ