"Hazırda komandada əhval-ruhiyyə əladı"

12.01.2017 | 465 dəfə oxunub

"Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim-məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli klubun saytına açıqlamasında deyib.

Albaniyalı müdafiəçi  ötən ili həm özü, həm də “Qarabağ” üçün dəyərləndirib: “Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istirahət tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir. 

Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq".

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2017

23.01.2017

22.01.2017

13:39  "Nants" - PSJ 0:2 VİDEO

21.01.2017

20.01.2017

   
  O Q H M T-f X
1. Qarabağ 13 10 1 2 27:6 31  
2. Qəbələ 13 8 4 1 28:6 28  
3. İnter 13 6 6 1 21:12 24  
4. Zirə 13 4 3 6 11-14 15  
5. Kəpəz 13 3 6 4 9-11 15  
6. Sumqayıt 13 3 5 5 12:18 14  
7. Neftçi 13 3 0 10 9-29 9  
8. AZAL 13 0 5 8 5-25 5  
06.11AZAL 0-0Qəbələ
06.11Zirə ---Qarabağ
05.11Kəpəz 0-0Sumqayıt
05.11Neftçi 2-1İnter
01.01 -
01.01 -
29.10AZAL -Qarabağ
29.10Qəbələ -Neftçi