"Bakı" Parksız qalıb

18.11.2011 | 4682 dəfə oxunub

"Bakı" “Turan”la oyuna itkisiz hazırlaşır. Stadium.az xəbər verir ki, bakılılar  Premyer Liqanın XIII turu çərçivəsində “Turan”la ev oyunun hazırlıqlarını klubun təlim-bazasında davam etdirir. Bu gün  saat 11:00 və 17:00-da iki dəfə məşqə çıxan komandanın heyətində milli komandaların düşərgəsindən qayıtmayan Uinston Parks və Aqil Məmmədovun yoxluğu xaricində bütün futbolçular yer aldılar. 

Uinston Parks Kosta-Rika milli komandasının dünya çempionları İspaniyaya qarşı keçirilən oyunda 24 dəqiqə forma geyinmək şansı qazanıb. Parksın komandası İspaniya ilə 2-2 hesablı bərabərə qalıb. 

Digər milli komanda futbolçular Rəhman Hacıyev və Novruz Məmmədov səhər məşqində iştirak etsələr də, saat 17:00-da keçirilən məşqdə onlara istirahət verilib.  Səhər məşqində iştirak edən U-21 milli komandasının üzvləri komandadan ayrı calışaraq, yüngül hərəkətlərlə kifayətləniblər. 

Fiziki təmrinlər və topla hərəkətlər üzərində qurulan məşqlər bir saata qədər davam edib.
Qeyd edək ki, komandamız “Turan”la oyuna itkisiz hazırlaşır.  Heyətdə zədəli futbolçu yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail