"Xəzər Lənkəran" "Rəvan" oyunu haqda statistika

18.11.2011 | 5273 dəfə oxunub

Sabah Premyer Liqanın 13-cü turu çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “Rəvan” klubunu qəbul edəcək. Stadium.az oyunla bağlı statistik göstəriciləri diqqətinizə çatdırır.
 
Hazırkı statistika. Bu həftə Lənkəranda üz-üzə gələcək komandalardan heç biri ötən tur qələbə qazana bilməyib. “Xəzər Lənkəran” səfərdə “Neftçi”yə böyük hesabla məğlub olduğu halda, “Rəvan” evdə “Simurq”la heç-heçə edib.
 
Qarşıdan gələn matç “Xəzər Lənkəran” üçün mövsümdə yeddinci ev oyunu olacaq. Buna kimi keçirilən altı oyunun hamısında komanda qələbə qazanıb. Bu görüşlərdə rəqib qapısından 10 top keçirilib, 3 dəfə isə qonaq komandalar fərqlənib.
 
“Rəvan” da bu şənbə yeddinci səfər oyununa çıxacaq. Geridə qalan altı oyunun ikisində məğlub olan paytaxt klubu, bir dəfə heç-heçə edib. Son turlarda nəticələrini xeyli yaxşılaşdırmış “Rəvan” ardıcıl üç son səfər oyunundan qalib ayrılıb. Maraqlıdır ki, bu komanda hazırkı mövsümdə yalnız səfərdə qələbə qazanmağa nail olub.
 
Tarix. Bu il Premyer Liqaya vəsiqə qazanmış “Rəvan” ilk dəfə məhz bu həftə “Xəzər Lənkəran”la Lənkəranda qarşılaşacaq. İlk dövrənin oyununda bu komandalar arasında “Dalğa Arena”da baş tutmuş oyun isə heç-heçə ilə yekunlaşıb. Rəqibin ilk hissədə vurduğu qola fasilədən sonra Katalin Doman cavab vermişdi – 1:1. “Rəvan”la həmin oyun bu mövsüm komandamızın xal itirdiyi ilk qarşılaşma olub.
 
Oyunçular. Elvin Beqiri artıq məşqlərə qoşulsa da, onun növbəti oyunda iştirak etməyəcəyi daha inandırıcı görünür. Həmçinin Kamran Ağayev və Julius Vobay hələ də zədəlilər siyahısındadırlar. Bundan əlavə Deyan Rusiçin də növbəti oyunda oynaması sual altındadır.
 
Oyunun keçiriləcəyi yer və vaxt. Qarşılaşma şənbə günü 19 noyabr tarixində “Xəzər Lənkəran” Mərkəzi Stadionunda baş tutacaq. Görüşün başlama vaxtı – 16:30.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail