"Neftçi İdman Klubu" və Cüdo ailəsi 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad etdi

21.01.2017 | 2716 dəfə oxunub

Qanlı Yanvar faciəsindən artıq 27 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur.

Şəhidlər xiyabanını 27 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ellərdə yaşayan bütün soydaşlarımız ziyarət edir. Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.Bütün Azərbaycan xalqı kimi, “Neftçi İdman Klubu”nun, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi də bu gün Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Klubun və federasiyanın rəhbərliyi və kollektivi, məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail