"Bu toplanış hədəfimizə çatıb, ilk dəfə Azərbaycan çempionu olmağımıza kömək edəcək"

23.01.2017 | 4357 dəfə oxunub

2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” 12 gündür təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirir. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri gabalafc.az-a açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

“Təlim-məşq toplanışının gecikmə ilə başlaması bir az yaxşı olmadı. Çünki iki gün itirdik. Buna baxmayaraq, səylə çalışıb, itirilən müddəti bərpa etməyi bacardıq. Artıq üç yoxlama oyunu da keçirmişik. Həmin görüşlərdə nəticə önəmli olmasa da, qələbə qazanmaq həmişə xoşdur. Hətta həyətdə oynayanda da qalib gəlmək sevindirici olur. Çünki belə nəticə psixoloji hazırlıq və özünəinamı yüksəldir. Hazırda çempionatda bizə lazım olacaq məqamların üzərində çalışırıq. Ən əsası isə ciddi zədədən əziyyət çəkən futbolçumuz yoxdur. Yalnız kiçik xəsarəti olanlar var”.

Kvekveskiri Antalya hazırlığının mövsümün ikinci yarısı baxımından faydalı olduğunu və bunun bəhrəsi kimi hədəfə çatacaqlarını bildirib: “Təlim-məşq toplanışını yaxşı keçirdik. İnanıram ki, bu toplanış hədəfimizə çatıb, ilk dəfə Azərbaycan çempionu olmağımıza kömək edəcək. Adətən toplanışdan sonra tam formanı yığmaq üçün 2-3 oyun lazım olur. Düşünürəm ki, “Sumqayıt”la ilk matça 100 faiz hazır olacağıq. İlk görüşdən elə futbol nümayiş etdirməyə çalışacağıq ki, hədəfimizə çata bilək. İlk qarşılaşmada heyətimizdə bəzi itkilər olacaq. Amma onları əvəzləyəcək futbolçularımız da var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail