Roman Qriqorçuk: "Hazırlıq prosesində çox yaxşı işlər görülüb"

25.01.2017 | 3266 dəfə oxunub

“Təlim-məşq toplanışını dəyərləndirsək, yeganə kiçik xoşagəlməzlik hazırlığa bir az gec başlamağımız idi. Ardınca isə hər şey qaydasında getdi. Hava şəraiti baxımından da bəxtimiz gətirdi. Sakit tərzdə çalışıb, yaxşı hazırlıq keçməklə toplanışı yekunlaşdırdıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Şkendiya" ilə yoxlama oyunundan (2:1) sonra təlim-məşq toplanışının yekununu dəyərləndirərkən deyib.

"Zədəli oyunçularımız da sıraya döndülər. Onların tam hazır olduğunu deyə bilməsəm də, artıq məşqlərə start veriblər. Bir sözlə, toplanış haqda müsbət fikir söyləmək olar. Hazırlığı yaxşı, keyfiyyətli və faydalı hesab edirəm” - deyə o bildirib .

Qriqorçuk toplanış çərçivəsində hər şeyin, xüsusilə də iş prosesinin yüksək səviyyədə təşkilini də vurğulayıb:

“İşimizi elə qurmuşuq ki, bizə çalışmaq daha rahatdır. Belə yanaşma nəticəsində hansısa intizamsızlıq, məişət problemi, qeyri-peşəkarlıq və ya səhlənkarlıq üzündən vaxt itirib, əsəblərimizi korlamırıq. Ürəkaçan şəraitdə işləyib, bundan zövq alırıq. Bizdə hər şey rahatdır və peşəkar səviyyədədir. Bu da işin keyfiyyətini artırır və daha effektli olması ilə nəticələnir. Çünki işə mane olan və fikri yayındıran məqamlar olmur”.

Ukraynalı mütəxəssis komandanın hazırkı durumundan da razı qaldığını qeyd edib:

“Mövsümün ikinci yarısının ilk oyununa hazırlığın səviyyəsi barədə öncədən nə isə demək olmur. Amma hazırlıq prosesində çox yaxşı işlər görülüb. Oyun planında bir sıra məqamları aradan qaldırmışıq. Birmənalı şəkildə deyərdim ki, oyunun təşkilində yaxşılığa doğru irəliləmişik. Hətta bu istiqamətdə istəyimizə artıqlaması ilə nail olmuşuq. Futbolçular da hər şeyi anlayır. Hər hansı texniki qüsurların olması isə təbii haldır. Onlardan qurtulmaq mümkün deyil. Sadəcə belə xətaların mümkün qədər az olmasını istəyirəm. Lakin taktiki, psixoloji və funksional baxımdan yaxşı hazır olduğumuzu deyərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail