Lozannada DÇ-2012-nin təbliğatı

18.11.2011 | 5287 dəfə oxunub

2012-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlarası dünya çempionatının yerli təşkilat komitəsinin Media, Kommunikasiya və PR əməkdaşları İsveçrəninLozanna şəhərində keçirilən City Eventstədbirində iştirak edirlər. Stadium.az xəbər verir ki, dünyanın idman şəhərlərinin, eyni zamanda idman federasiyalarının və müxtəlif şirkətlərin iştirakı ilə təşkil olunan bu illik konfrans 16-18 noyabr 2011-ci il tarixləri arasında keçirilir və tədbirdə 300-ə yaxın nümayəndə iştirak edir.

Azərbaycanı FIFA U-17 qadınlararsı dünya çempionatı ilə təmsil edən Emiliya Kazımova və Şəbnəm Alməmmədova konfrans iştirakçılarına Azərbaycan, onun mədəniyyəti, şəhərləri, ölkədə idmanın inkişafı və gələn il keçiriləcək dünya çempionatı haqqında məlumat verirlər.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin stendi qonaqların xüsusi diqqətini cəlb etmişdir. Azərbaycan nümayəndə heyəti Eurosport kanalı, Sportcal jurnalı, Sport Biznes agentliyi, Beynəlxalq Universitet İdman Federasiyası, FIFA qadınlararası dünya çempionatı Almaniya 2011 nümayəndələri ilə, eyni zamanda BMT İnkişaf və Sülh üçün İdman bölməsinin rəhbəri və digər nüfuzlu təşkilatların nümayəndələri ilə görüşmüş və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Bu kimi tədbirlərdə iştirak Azərbaycanda keçiriləcək dünya çempionatı haqqında beynəlxalq təşkilatların məlumatlandırılmasında, eyni zamanda dünya təşkilatları ilə əlaqələr qurulmasında müstəsna rol oynayır. 

FIFA U-17 qadınlararası dünya çempionatı 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək. Çempionat zamanı 16 ölkənin 17 yaşadək qızlardan ibarət komandaları qalibiyyət uğrunda yarışacaq. Bu, Avropada keçiriləcək ilk U-17 qadınlararası dünya çempionatıdır və Azərbaycanda təşkil olunacaq ən böyük futbol tədbiridir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail