Almaniya millisinin üzvü Azərbaycanı seçdi

27.01.2017 | 3686 dəfə oxunub

Almaniyanın U-17 millisində çıxış etmiş, bu gündən etibarən yığmamızın şərəfini qoruyacaq Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Stadium.Az xəbər verir ki, "Leyptsiq"də çıxış edən 17 yaşlı forvard "Ayntraxt"ın U-19  komandasına transfer olub. Məlumata görə, hücumçu yeni komandası ilə 1.5 illik müqavilə imzalayıb. Onun "Ayntraxt"la olan müqaviləsi 2018-ci ildə, iyun ayının 30-da başa çatacaq.

Bu barədə açıqlama verən "Ayntrax"ın futbol akademiyasının direktoru Armin Kraaz transfer haqda bu sözləri söyləyib:

"Çox xoşbəxtik ki, Renat Dadaşof sinəsində qartal emblemi ilə çıxış edəcək. Biz onun keyfiyyətlərinə yaxşı bələdik. Bilirik ki, beynəlxalq turnirlərdə çıxış edib və qollar vurub. Ona görə də əminik ki, o bizim gənclərdən ibarət komandamızda (U-19) gözəl performans sərgiləyəcək və qolları ilə bizə kömək edəcək".

Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq  Almaniya Futbol İttifaqı  bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail