Almaniya millisindən imtina edən futbolçu: "Azərbaycan mənim ürəyim, valideynlərimin doğma vətənidir"

27.01.2017 | 6315 dəfə oxunub

"Tarixi vətənimin millisində oynayacağım üçün çox şadam".  Stadium.Az xəbər verir ki, bunu FİFA tərəfindən Azərbaycan yığmasının heyətində oynamasına icazə verilən Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Renat Dadaşov deyib.

Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən 19 yaşlı hücumçu Azərbaycan millisində forma geyinəcəyi günü səbirsizliklə gözlədiyini bildirib:

"Azərbaycan mənim ürəyim, valideynlərimin doğma vətənidir. Mən öz ürəyim, atam-anam üçün çıxış edəcəyəm. Nə vaxt dəvət etsələr, can-başla oynamağa, qollarımla azarkeşləri sevindirməyə hazıram. "Ayntraxt"ın əsas komandasında oynamasam da, dəvət zamanı klubumdan mənə problem yaradılmayacaq".

Dadaşov AFFA-dan aldığı dəvəti qısa müddətdə cavablandırdığını da vurğulayıb: "AFFA-nın baş katibi Elxan Məmmədov mənimlə görüşdü. Dedi ki, Azərbaycan millisində oynamaq istərdinmi? Mən də düşünmək üçün vaxt istədim. Qardaşım, vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Rüfət Dadaşovla söhbət etdim. Qardaşım dedi ki, ürəyinin səsinə qulaq as, sonra da qərar ver. Almaniya Futbol İttifaqından da mənimlə əlaqə saxladılar. Onlar Almaniya yığmasında qalmağımı təklif etsələr də, mən bir müddət düşündükdən sonra tarixi vətənimin komandasında çıxış etməyi üstün tutdum. Demək olar ki, rəsmi dəvət aldığım vaxtdan qərar qəbul edənədək mənə çox az vaxt lazım gəldi".

Azərbaycan millisi növbəti oyununu martın 26-da Renat Dadaşovun yaşadığı Almaniyanın yığma komandasına qarşı keçirəcək. 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda təşkil olunacaq qarşılaşmada Dadaşov meydana çıxmağa hazır olduğunu bildirib. O, Bundestimə qarşı oynadığı zaman ikili hisslər keçirməyəcəyini söyləyib: "Düzdür, bu ölkənin 17 yaşadək futbolçulardan ibarət yığmasında çıxış etmişəm, Almaniyada yaşayıram. Amma artıq Azərbaycan millisinin üzvüyəm. Şans verilsə, uğurlu nəticə üçün əlimdən gələni etməyə hazıram. Nəinki əsas, hətta 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalarda da çıxış etməyə hazıram. Hər şey baş məşqçinin verəcəyi qərardan asılı olacaq".

Azərbaycan millisinin hazırkı vəziyyətindən Dadaşov xəbərdar olduğunu da bildirib: "Təbii ki, çıxış edəcəyim ölkənin komandası barədə məlumatlı olmalıyam. Bilirəm ki, hazırda yığmamız seçmə mərhələdə 4 oyundan sonra 7 xalla qrup 3-cüsüdür. Heyətə müxtəlif ölkələrin çempionatlarından yeni futbolçular cəlb olunub. Komandanın hazırkı heyəti və baş məşqçisindən xəbərdaram. Komandada böyük rəqabətin olduğunu bilirəm. Amma mən istər "Ayntraxt"da, istərsə də yığmada rəqabətə hər zaman hazıram. Rəqabət klubumda da, yığmada da var. Heç vaxt deyə bilmərəm ki, kimdənsə üstünəm. Komanda şəklində yaxşı oynayaraq, nəyəsə nail ola bilərik".

FIFA-nın Oyunçuların Statusu Komitəsi AFFA və Renat Dadaşovun assosiasiyasını dəyişməklə bağlı müraciətini təmin edib. Dadaşov artıq Azərbaycan milli komandasında oynamaq hüququna malikdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail